Yusif surəsi, 99-105-ci ayələrin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 2013-cü il 16 dekabr tarixli söhbətindən Yusif surəsi ilə bağlı izahlar

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram: "Onlar Yusifin yanına gəldikdə o, ata-anasını bağrına basıb dedi: “Əmin-amanlıqla, Allahın istəyi ilə Misirə daxil olun!" (Yusuf surəsi, 99) Demək ki, elə bir zaman gələcək ki, Misirə müsəlmanlar əmin-amanlıqla girəcəklər. Quran bunu göstərir. Deməli, daha əvvəl əmin-amanlıq olmayacaq. Misirdə yaşanacaq hadisələrə də Allah Quran vasitəsi ilə işarələr verir. "Allahın istəyilə." Deməli, Allahın istəyi ilə olur hər şey. "Misirə əmin-amanlıq içində daxil olun!"

"O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlarda onun qarşısında səcdə etdilər." Bu nəzakətin gözəlliyini ifadə edən bir ayədir. Anasını və atasını taxta çıxardıb öz yerində oturdur. Bir məmnuniyyət, sevgi əlaməti olaraq, bir nəzakət əlaməti olaraq belə bir gözəlliyi edir. Anaya və ataya, böyüklərə və yaşlılara şəfqətin, sevginin və hörmətin əhəmiyyətini Quran göstərir. Xüsusi ilə hörmət onları şərəfləndirər. Məsələn, onları taxta oturtması çox yüksək bir hörmət göstəricisidir. "Onlar da onun üçün səcdə etdilər." Onlar da ona hörmət göstərirlər. Bax, yaşlı olduqları halda onun elminə, mövqeyinə hörmət edirlər. Daha əvvəl də işlərində saxtakarlıq edən, səmimiyyətsizlik edən müsəlmanlar var. Orada onlardan bəhs edir. Sui-qəsdlər edir, haqsız böhtanlar atırlar. Yəni Misirdə bir əxlaq pozqunluğu var. Hz. Yaqub (ə.s)-ın oğullarında da var, Misir rəhbərliyində də var. Yəni müsəlmanlar da, oradakı xalq da, ümumiyyətlə, hər kəs pozulmuşdur. Ümumilikdə, bir pozulma var. (Yusif surəsi, 100)

"Məni zindandan çıxardı." Deməli, müsəlmanlar o dövrdə həbsdə olacaqlar və vaxt gələcək həbsdən çıxacaqlar. "Şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra," hal-hazırda müsəlmanların arasını şeytan vurdu, bir-birinə hücum etdirdi. Əlli-əlliyə. İnsanların çoxu hal-hazırda bir-birinə düşməndir. "(O,) səhradan sizi gətirdi." Səhrada yaşayan müsəlmanların da şəhərə gələcəyinə, səhra mühitinin, o bədəvi mühitin çətinliklərindən xilas olub şəhər həyatına çevriləcəyinə insanlar şahidi olacaq. "Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Müdrikdir." Allah hər şeyi çox incə bir planla və çox incə xırdalıqlarla hazırlayır. Məsələn, Misirdə ilk əvvəl müsəlmanları hakimiyyətə gətirir, sonra Allah müsəlmanları bir-birinə qarşı düşmən edir və daha sonra hz. Mehdi (ə.s)-la aralarının düzəlməsini təmin edir. Sonra Misirə sevgi, hörmət və səmimiyyət hakim olur. Demək ki, Yusif olmadan Misir düzəlməyəcək, buna işarə var. Yusifsiz Misirin düzəlməyi mumkün deyil. Yusifdən qəsd hz. Mehdi (ə.s)-dır, inşaAllah. (Yusif surəsi, 100)

"Ey Rəbbim, Sən mənə mülkdən (bir pay və onu idarə etmə imkanını) verdin," deməli, Misir zənginləşəcək, hal-hazırda kasıbdır. Buna işarə edilir ki, hz. Mehdi (ə.s)-ın gəlişiylə Misir zənginləşəcək. "..sözlərin izahından (bir elm) öyrətdin." Qurandakı incə sirləri, incə təfərrüatları hz.Mehdi (ə.s) insanlara izah edəcək, göstərəcək. Ona da işarə var ki, gizli şifrələri, gizli işarələri hz. Mehdi (ə.s) göstərəcək. "Göylərin və yerin Yaradıcısı, dünyada və axirətdə mənim vəlim Sənsən." Allaha təslimiyyətin mükəmməl bir ifadəsi. Bax, "Göylərin və yerin yaradıcısı təsadüf deyil," darvinizm deyil, "sənsən Ya Rəbb" deyir. Yəni yaradılışı vurğulayır. "Dünyada və axirətdə mənin vəlim Sənsən." "Dünyada da mənim göstərdiyim bütün fəaliyyətlərin, bütün xeyirli işlərin tək yaradıcısı Sənsən" deyir. "Axirətdə də mənim qoruyucum Sənsən" deyir."Mənim canımı müsəlman kimi al." Bax, dərhal ölümü fikirləşir, diqqət yetirsəniz, görərsiniz ki, dünya ilə əlaqəli bir sözü yoxdur. Zənginliyə qapılma, dünyada yaşamaqla əlaqəli bir şey yoxdur. "Mənim canımı müsəlman kimi al." Yəni "mənim imanım həmişə belə güclü qalsın, ya Rəbb" deyir. "Nemət və gözəllik içində yaşayım" deyir. İman nemətiylə yaşayım" deyir, "və məni əməli salehlərə qovuşdur." (Yusif surəsi, 101) "Ya Rəbb, məni səmimi insanlara qovuşdur ki, məndə səmimi olum. Məni səmimiyyətdən uzaqlaşdırma" deyir.

102-ci ayədə: "Bu, sənə (ey Məhəmməd) vəhy etdiyimiz qeyb xəbərlərindəndir." Nə oldu bəs, qeyb naməlum idi? Demək ki, Allah peyğəmbərlərə bildirir. Allah "Qeyb xəbəri" deyir. Allah deyir ki; "Yoxsa onlar, (Yusifin qardaşları) hiylə qurarkən," bax,müsəlman olduqları halda hiyləgərdilər.O dövrdə Misirdə çox hiyləgər bir sistem hakim idi. "..sən o zaman onların yanında deyildin." (Yusif surəsi, 102) Onların oyun oynamağa başladıqlarında, sui-qəsdlər hazırladıqlarında sən yanlarında deyildin. O zaman bu məlumat haradan idi? Demək ki, qeyb xəbəri olmuş olur. Keçmiş də qeybdir, gələcək də qeybdir. İnsanlar keçmişin qeyb olduğuna inanmırlar. Halbuki, keçmiş də, gələcək də eynidir.