Nəhl surəsi, 97-98-99-100-102-ci ayələrin təfsiri

  • 11 yıl önce
Adnan Oktar: Şeytandan Allaha sığınaram: "Kişi və ya qadın olsun" -deyir Cənabı Allah 97-ci ayədə, Nəhl surəsi: Şeytandan Allaha sığınaram, "Kişi və ya qadın olsun, kim mömin olaraq yaxşı bir iş görsə" yəni səmimi davransa, səmimi bir ibadət etsə, Allah üçün xeyirli bir şey etsə, "Heç şübhəsiz Biz onu gözəl bir həyatla yaşadarıq" möcüzə, bax Allah yəni kim olursa olsun bunu edərəm deyir. "Kişi və ya qadın olsun, kim mömin olaraq yaxşı bir iş görsə" yəni səmimi və ürəkdən yaşasa, xalis, Allahdan qorxaraq, Allahı sevərək yaşasa, "Heç şübhəsiz" -deyir bax Allah, bir möcüzə var burada hər kəs diqqət yetirsin, dəqiq möcüzə, "Heç şübhəsiz Biz onu gözəl bir həyatla yaşadarıq" həyatı həmişə gözəl olur. "Və etdikləri ən yaxşı əməllərin qarşılığını şübhəsiz ən gözəli ilə verərik". Cənnətdə də ən gözəl şəkildə mükafatlandıraram deyir Allah, ən başda razılığıyla inşaAllah, "Elə isə Quran oxuduğun zaman, qovulmuş şeytandan Allaha sığın". Niyə tez-tez Allaha bu duanı edirik? "Ya Rəbbi" -deyirik, deyilmi? "Qovulmuş şeytandan sənə sığınarıq" -deyirik inşaAllah. "Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir məcbur edici gücü yoxdur". Bax iman edir, amma "mən iman etdim" deməklə bitməz. Nə edəcək? Təvəkkül edəcək. Hər şeydən, xəstəlikdən, dərddən, hücumdan, küfrün azğınlığından, münafiqlərin azğınlığından, heç bir dərddən qorxmayacaq, Allahdan qorxacaq və Allaha təvəkkül edəcək. Hər şeyin Allah tərəfindən yaradıldığını biləcək, özünü Allaha təslim edəcək. "Üzərində heç bir məcbur edici gücü yoxdur". Məhz o zaman vəsvəsə olmur, rahat olur müsəlman, məcburedici bir təsiri olmaz. Allaha iman edəcək, birdə Allaha təvəkkül edəcək. Şeytanın gücü belə bir insana çatmır. İman edib, amma təvəkkülü yoxdursa şeytan müsəllət olar. İman edir, amma Allaha təvəkkül etmir, ondan qorxur, bundan qorxur, bundan çəkinir, yox bilmirəm nə olur. Məhz bir yerində bir xal çıxır, "aa mən xərçəngmi oldum" -deyir, birindən bir şey eşidir; "görəsən mənə bir oyunmu oynayacaqlar, bir pislikmi olacaq, bir fəlakətmi olacaq, məhz bura başımamı uçacaq, beləmi olacaq?" Olmaz. Olacaq olan olar onsuz da, Allaha təvəkkül edəcək müsəlman inşaAllah.

Bəli, "Onun məcbur edici gücü yalnız onu özünə dost tutanlar və şeytanın təlqini ilə Allaha şərik qoşanlar üzərindədir" bax şeytan gücünü kimlərdə istifadə edir? Onu dost tutanlar, yəni adam şeytana təslim olub, onlara tam hakim olar deyir Allah, yəni onlara təsir edər deyir, məcburedici gücünü onlarda istifadə edər deyir. "Və şeytanın təlqini ilə Allaha şərik qoşanlar üzərindədir" yəni hər cür şeytanı mənfəətlə Allaha şirk qoşmaq. Allah deyir ki, münafiq və müşrik xarakterində də şeytanın təsir edici gücü olar. Onlar da havalanırlar. Bax uşaqlarını şeytan istifadə edir bəzən, bəzən peşəsini istifadə edir, bəzən ticarətini istifadə edər; mallar, oğullar, iflasa uğramasından qorxduğunuz ticarət, Tövbə surəsi, 24-də "İflasa uğramasından qorxduğunuz ticarət" -deyir, "əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar". "Əgər" -deyir "Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan". Allah yolunda cəhd etmək, cəhd göstərmək, İslamı yaymaqdan təbliğ etməkdən, "Daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin" -deyir Allah. Məhz bu adamlar şeytana tabe olarlar, yəni fikri oğullarında, atasında, ailəsində, ticarətdə, dost-tanışında, facebookda orada burada qalar və Allahı da unudar. Halbuki bütün bunlar Allah üçün olsa dəyər qazanar, bir məna qazanar. Allah üçün deyilsə heç bir əhəmiyyəti yoxdur. "Əgər" -deyir Allah, "Mənə əhəmiyyət verməyib də bunlara əhəmiyyət verirsinizsə gözləyin" -deyir Allah, "Mən sizə gərəyini edəcəyəm" -deyir, "Qarşılığını sizə verəcəyəm" -deyir, inşaAllah. Bəli, şeytandan Allaha sığınaram, Nəhl surəsi, 102-ci ayə: "De: “İman gətirənləri sabitqədəm etmək üçün" bax iman edir amma güclü deyil, nə etmək lazımdır? Sabitqədəm etmək lazımdır. İmanının möhkəmlənməsi necə olar? İman həqiqətləri ilə olar, düşünərək olar, dərin düşünərək olar. "Müsəlmanlara bir müjdə və hidayət olmaq üzrə onu (Quranı) haqq olaraq Rəbbindən Ruhul-Kudüs (Cəbrail) endirmişdir" Quranı, Quran bir müjdədir və bir hidayətdir inşaAllah, insanların hidayətinə vəsilə olan bir kitabdır. Qurana uydunsa hidayətə uymuş olarsan inşaAllah. "Və müjdədir". Allah bizi necə müjdələyir? Bir dəfə razılığıyla müjdələyir, Allahın razılığını qazanmış oluruq inşaAllah, iki; Cənnəti, üç; dünya hakimiyyəti, dörd; dünyada dinc və gözəl həyat. Orada müjdələyir ayədə, gördünüz inşaAllah.