Muminun surəsi, 96-97-ci ayələrin təfsiri

  • 9 yıl önce
Hörmətli Adnan Oktarın 18 may 2011-ci il tarixli reportajından Muminun surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. "Sən pisliyi yaxşılıqla dəf et." Pisliyə pislik olmaz. Pisliyə sevgiylə, şəfqətlə cavab veriləcək, Allahın əmridir. Yaxşılıqla cavab veriləcək. Pis bir söz deyəndə, o da onun ciyərini yandırar. O da ona bir şey deyər, bu dəfə sillə, yumruqla bir-birləri ilə savaşarlar. Halbuki, pis bir sözə gözəl sözlə qarşılıq versən həmin şəxsə müsbət təsir bağışlayar. Bir daha gözəl qarşılıq versən yenə müsbət təsir bağışlayar, üçüncüdə bir fövqəladəlik olar. "Mən də gözəl əxlaqlı olum, mən də gözəl davranım"-deyər, təəccübləndirmək lazımdır. "De: "Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!"" "Şeytan insanı təhrik edə bilər, Allaha sığınmalıdırlar. Dərhal özünü itirməyə ehtiyac yoxdur. Don, köynək küçəyə atılıb rüsvayçılıq çıxardırlar, savaşırlar. Allaha sığınıb, gözəl, mehriban bir rəftar göstərmələ