Tur surəsi, 1-12 –ci ayələrin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 7 sentyabr, 2013-cü il tarixli söhbətindən Tur surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Rəhman və Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram: "And olsun (Allahın Musa ilə danışdığı) Tur dağına. And olsun yazılmış kitaba (Tövrata, Qurana, yaxud bütün ilahi kitablara)." Deməli, kitab çox əhəmiyyətlidir. İnternetmi yoxsa kitabmı? Kitab daha da vacibdir. "Açıq dəri üzərində (olan kitaba)"-deyir Allah. Burada Tövrata da işarə edilir. Çünki Tövrat dəri üzərinə yazılırdı. Quran ən məqbul yazının, ən gözəl yazı yazmanın incə dəri üzərinə olacağına da işarə edə bilər. Çünki pozulmur, uzun müddət qalır və çox rahat olur. Kağız çox asan cırılar və tez yanar, amma dəri çox davamlıdır. "And olsun Beytulməmura!" yəni, bəzəkli, gözəl evə. "And olsun yüksək tavana!", deməli, gözəl ev nemətdir, yüksəldilmiş tavan (hündür ev) nemətdir. Həqiqətən alçaq evlər insanı narahat edər. Tavan yüksək olanda həm ev gözəl görünür, həm də insan rahat olur. "And olsun qabarıb alovlanan dənizə!" Yəni,qiyamət başlayanda dəniz qabarar, yəni quruda yer hərəkət etdiyinə görə həcmi çoxalar dəniz qabarar, yüksələr və alovlanar. Niyə alovlanır? Çünki maqma yerdən çölə çıxır, fışqırır. Fışqıranda böyük maqma sütunları, alov sütunları su ilə qarışıq  həm buxar, həm də alov kimi göyə yüksəlməyə başlayar. "Rəbbinin əzabı hökmən vaqe olacaq (reallaşacaq)", yəni qiyamət mütləq baş verəcək. "Heç nə onun qarşısını ala bilməz. O gün göy şiddətlə çalxalanıb sarsılacaq."  Hər yer sarsılacaq, deməli, zəlzələ olacaq. Çalxalanma nədir? Zəlzələdir, bəli. Amma çox güclü şəkildə. "Dağlar da hərəkətə gələcəkdir." Yer kürəsinə böyük bir kometanın toqquşması nəticəsində dağ hərəkət edər, maqmanın hərəkət etməyə başlayar. "O gün vay halına (haqqı) yalan sayanların!" O zaman çeklər, sənədlər, evlənmək üçün aparılan intriqalar, oyunlar, ehtiraslar, törəmək, çoxalmaq üçün göstərilən səylər, onların hamısı mənasız olacaq. "O kəslərin ki, yalan bataqlığında əylənirlər." Boş, mənasız şeylər nədir? Dünya təlaşı, dünya işləri, Allah rizası üçün olsa, bir qiyməti, dəyəri olar. Dünya işi Allah rizası üçün olmazsa, bir mənası da olmaz. Axirəti məqsəd qoyaraq, Allah rizası üçün edilsə, bir məqsədi, bir faydası olar.