Yusuf surəsi, 6-14, 17-22-ci ayələrin təfsiri

  • 11 yıl önce
Adnan Oktar: Məsələn 6-cı ayə. Şeytandan Allaha sığınaram. "Beləcə, Rəbbin səni seçəcək". Sadəcə bir əbcədi var, 2018 tarixini verir. Allahın Mehdi (ə.s)-ı seçəcəyinə işarə edir, inşaAllah. "Sənə sözləri yozmaq bacarığı öyrədəcək" Mehdi (ə.s) demək ki, gözəl təfsir edəcək. Quranı gözəl izah edəcək, hədisi gözəl izah edəcək, buna işarə var. "Bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır". Ən son olaraq Hz. İbrahim (ə.s) nəslinin nemətinin tamamlanması, nə olur? Dünya hakimiyyəti. Hz. İbrahim (ə.s) nəslinin anlı-şanlı nəticəsi Rəsullulah (s.ə.v)-in doğumu, Peyğəmbər olması və Peyğəmbərimiz (s.ə.v)-in nəslindən Mehdi (ə.s)-ın çıxışı ilə Quranın bu ayəsi tam təsdiqlənmiş olur. Bax, ayədə  nə deyir; "İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır". Mehdi (ə.s)-ı çıxışı məhz bu nemətin tamamlanması olur. Axır zamanın Bəni İsraili Mehdi (ə.s) və tələbələridir. Bəni İsrail həqiqi, xalis Müsəlmanlara verilən addır və Axır zamanda Mehdi (ə.s) və tələbələri dünya hakimi olacaqlar, inşaAllah. "And olsun, Yusuf və onun qardaşlarında soruşanlar üçün ayələr (ibrətlər) vardır". Baxın, "And olsun, Yusuf və onun qardaşlarında" Mehdi (ə.s) və tələbələrində, "soruşanlar üçün ayələr (ibrətlər) vardır". Əbcədi 2019 tarixini verir. Sadəcə bir əbcədi var, o da 2019 tarixini verir. "Bir vaxt onun qardaşları belə dedilər: "Yusuf və qardaşı atamıza bizdən daha sevimlidir"". Məhz xurafatçıların çətinliyi bu olacaq. Qısqanclıq və həsədlik. Mehdi (ə.s)-a qarşı azğınlıqların mənşəyində bunu görəcəyik. Quran buna işarə edir. Bax, nə deyir o zaman, Mehdi (ə.s) əleyhdarları nə deyir? "Bir vaxt onun qardaşları belə dedilər: "Yusuf və qardaşı"" yəni, Mehdi (ə.s) və İsa (ə.s), "atamıza bizdən daha sevimlidir". Daha çox sevilirlər. Nə olacaq? Şeyxlər ikinci plana keçəcək, müəllimlər ikinci planda qalacaq. Bu onlara çətin gəldiyi üçün Mehdi (ə.s)-a qarşı vəziyyət alacaqlar. "Halbuki, biz bütöv, bir-birini dəsdəkləyən bir birliyik" O zamankı xurafatçılar bir-birlərini dəstəklədiklərini söyləyəcəklər, "biz bir ittifaq edən birliyik" -deyəcəklər. "Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir". İndi də bax, alimləri ağlını itirmiş qocalıqla, ağılsızlıqla, axmaqlıqla (haşa) ittiham edən hörmətsiz, tərbiyəsi pis adamlar törədi, deyilmi? Şeyxini, mürşidini bu şəkildə ittiham edir. Yəni Cübbəliyə də burada bir işarə var kimi görünür amma mən onu yenə tənzih edirəm. Cahilliyindən o söylədi. Cübbəli nə danışdığını bilmir, sözün hara gedəcəyini bilmir, ağızına gələni danışır. Şeyx Mahmud Əfəndi müəllimimiz haqqında da deyir ki; "on dəqiqədə olsa danışa bilir və şüuru açıqdır" -deyir. İndi bunu eşidən insan nə anlayar? İnsan mürşidi üçün belə söz söyləyərmi? Bax, "on dəqiqə danışa bilir" -deyir. "Danışdığını eşitdim" -deyir. Bu müdhiş bir nalayiqlikdir. "Və şüuru açıq" -deyir, əksini iddia edənmi var? Bu ciddi bir şübhəni meydana gətirməzmi? Məsələn mən sənə desəm, "on dəqiqə danışa bilir və şüuru açıqdır" desəm, bu təhqiramiz bir sözdür, çox anormal bir sözdür. Belə bir şeyi insan mürşidinə söyləməz. Nə danışdığını bilmir, nə mənanı verəcəyini bilmir. Şeyx Nazim müəllimimiz də getdi, "qütb" dedi; əlini öpdü, bu səfər də "ağlını itirdi" dedi, "ağlını oynatdı" dedi. Bax nə deyirlər; "Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir" -deyir. Demək ki, Axır zamanda da mürşidlərə belə yaraşıqsız sözlər ediləcək. Buna işarə var. Bax, o zamanın xurafatçıları nə deyir; "Yusufu ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin". Yəni diqqəti çəkən birlik siz olun. Çünki Mehdi (ə.s) varsa adamın həm mürşidi, həm birliyi köhnə nüfuzunu itirmiş olacaq, onun fikirinə görə. Çünki hər müsəlmanların bir qismində xeyli bir eqoizm və böyüklük hissi var. "Mənim mürşidim ən böyükdür, bizim birliyimiz ən böyükdür" -deyir. İndi Mehdi (ə.s) çıxınca nə olacaq? Mehdi (ə.s) və tələbələri çıxınca onu ən böyük olaraq görəcək, tələbələrini ən böyük görəcək, özü ikinci planda olacaq. Bunu çəkə bilmədiyi üçün, bax nə deyir? "Bir vaxt onun qardaşları belə dedilər: "Yusuf və qardaşı atamıza bizdən daha sevimlidir. Halbuki, biz bütöv, bir-birini dəsdəkləyən bir birliyik. Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir"". Demək ki, bundan xilas olmaq üçün bunu söyləyəcəklər. Bildiyiniz kimi o zamanlar Bədiüzzamana da ağıl xəstəsi dedilər. Axır zamanda demək ki, üləmaya, alimlərə bu tərz böhtanlar atılacaq, bu tip sözlər deyiləcək. Və Mehdi (ə.s)-a və tələbələrinə qarşı bir həsədlik və qısqanclıqdan qaynaqlanan birliklər və onların liderlərindən ibarət olan mütəşəkkil etirazlar olacaq. Quran buna işarə edir. "Yusufu ya öldürün, ya da onu uzaq bir yerə aparıb atı