Şuəra surəsi,1-26-cı ayələrin təfsiri

  • 11 yıl önce
Adnan Oktar: Şuəra surəsi. Rəhman və Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram. 1: "Ta. Sin. Mim. 2: Bunlar aydın Kitabın ayələridir" Bir çox adam çıxar, "Quran anlaşılmazdır" -deyər. Allah, " aydın " -deyir, "yox aydın deyil" -deyir. "Qırx il keçsə anlaya bilmərik" -deyir. Allah, "küfr edənlər anlaya bilməzlər Quranı" -deyir. O da "mən Quranı anlaya bilmirəm" -deyir. Allah " aydın " -deyir. "Yox aydın deyil, qapalıdır " -deyir. Allah ağıl fikir versin. Cənabı Allah Peyğəmbərimiz (s.ə.v)- ə, 3: "Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?" -deyir. Halbuki onlar taleyində iman etməyəcək şəkildə yaradılırlar. Peyğəmbərimiz (s.ə.v.) dünya şirini, çox kədərlənir onlar iman etmirlər deyə. Narahat olur artıq. Onun üçün Allah, "onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?" -deyir. 4: "Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərdik ki, onun önündə başları itaətkarlıqla əyilərdi". Allah, "istəsəm dərhal iman etdirərəm" -deyir. Amma imtahan dünyasıdır, onun üçün səndə özünü üzmə deyir Peyğəmbərimiz (s.ə.v)-ə. 5: "Mərhəmətli Allahdan onlara elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər" Niyə? İmanları zəifdir onun üçün. Nə imiş o zaman? İman zəifliyi əhəmiyyətlidir. İmanı möhkəmlətmək lazımdır, imanlarının güclənməsi üçün iman həqiqətlərinin izah edilməsi lazımdır. 6: "Həqiqətən yalanladılar". Niyə? İmanları zəif olduğu üçün. Məsələn, İslam Birliyi olacaq deyirik, lağ edir. Hz. Mehdi (ə.s.) çıxacaq deyirik, lağ edir. Hz. İsa Məsih (ə.s.) deyirik, lağ edir. Allah deyir: "Məsxərəyə qoyduqlarının xəbəri tez bir zamanda onlara yetişəcəkdir". Bir az gözləsinlər, inşaAllah. 7: "Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlər?" Necə görəcəyik? Elmlə görə bilərik. Bunun üçün televiziya da lazımdır, kitablar lazımdır, araşdırma laboratoriya lazımdır. Araşdırma olmadan, elm olmadan necə təsbit edəcəyik bunu? Bir insanın təkcə edə biləcəyi bir şey deyil. 8: "Həqiqətən də, bunda bir əlamət vardır. Lakin onların əksəriyyəti mömin olmadı". Niyə? İman zəifliyindən. Nə lazım olurmuş? İman həqiqətlərinin izah edilməsi və başa düşülməsi lazımdır."Şübhəsiz, sənin Rəbbin  üstün və güclüdür, mərhəmət sahibidir". Allahın güclü olduğunu bilməsi, müsəlmanın ürəyində rahatlıq meydana gətirər. Çünki insan zəifdir. "Mərhəmət sahibidir." Allahın özünü cəzalandırmayacağını, cəhənnəmə qoymayacağını, cənnətə qoyacağını ümid etməsi, Cənabı Allahın mərhəmət sahibi olmasındandır. 10: "Bir zaman Rəbbin Musaya demişdi: "Get o zalım qövmün - 11: Firon xalqının yanına!"" Dəccaliyətə qarşı get. Dəccalın qövmünə. "Onlar qorxmurlarmı? 12: Musa dedi: "Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr 13: belə olduqda ürəyim sıxılar, dilim də söz tutmaz"". Allahu aləm təzyiqi yüksəlir, ürəyində güclü döyüntü olur. Hz. Musa (ə.s.) çox gözəl bir Peyğəmbərdir, çox həyəcanlıdır. Digər peyğəmbərlərdə bu qədər həyəcan yoxdur. Bizim Peyğəmbərimiz (s.ə.v.) də çox kədərlənməyə meylli bir peyğəmbər, Allah onu davamlı xəbərdar edir. Hz. Musa (ə.s.)- da da Allahu aləm ürəyində bir təzyiq meydana gəlir, yüksək təzyiqə bağlı. Çox həyəcanlandığı üçün danışmaqda da çətinlik çəkir. "Buna görə Haruna da vəhy göndər". Hz. Harun (ə.s.)- ı mənə köməkçi et deyir. Nə deməkdir? Hz. İsa Məsih ilə, hz. Musa (ə.s.) bir bənzərlik göstərir. Axır zamanla bir bənzərlik var. Hz. Musa (ə.s.) bir köməkçi istəyir. Hz. İsa (ə.s.)- ın köməkçisi hz. Mehdi (ə.s.), hz. Mehdi (ə.s.)- ın köməkçisi də hz. İsa (ə.s.)- dır. 14: "Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram". 15: Allah dedi: "Xeyr, bu mümkün deyil! İkiniz də ayələrimlə onların yanına gedin!"" Hz. Mehdi (ə.s.) və hz. İsa (ə.s.), "şübhəsiz ki, Biz də sizinləyik, hər şeyi eşidirik". Bax ikisi. Cənabı Allah Mən hər yerdəyəm deyir. Fironun dediyini Mən də eşidirəm deyir. Çünki onun danışmasını yaradan da Allahdır. 16: "Yubanmadan Fironun yanına gedin deyin". Bax yubanmadan. Dəccaliyyət üçün adam girələnir. "Darvinizmi, materializmi əzək" -deyirik, "Darvinmi var?" Deyir adam. Üstünə çökmüş bax, nə demək "varmı?" "Biz aləmlərin Rəbbinin elçiləriyik!" Cənabı Allah dərhal deyir, təbliğ gecikməməlidir. 17: "İsrail oğullarını bizimlə birgə burax!" Bizim sənin torpağında, vəzifəndə, məqamında gözümüz yoxdur deyirlər. Bir istəyimiz, bir tələbimiz yoxdur. Yalnız İsrail oğullarını, hz. Yaqub (ə.s.)- ın övladlarını, o soydan olan qardaşlarımızı, müsəlmanları burax biz gedək deyirlər. Bizi belə iztirab içində buraxma, bizi incitmə gedək deyirlər. 18: "Firon dedi: “Biz səni körpə ikən götürüb saxlayıb boya-başa çatdırmadıqmı?" Halbuki Allah bir tale üzərinə oray