Sad surəsi, 50-54, 56-58-ci ayələrin təfsiri

  • 10 yıl önce
Adnan Oktar: Şeytandan Allaha sığınıram, Sad surəsində 50-ci ayə: "Qapıları onlar üçün (taybatay) açılmış Ədn cənnətləri!". Allah, inşaAllah cənnət qapılarını bizlərə də açar. 51-ci ayə: "Onlar orada (taxtlara) söykənib cürbəcür meyvələr və içkilər (cənnət içkiləri) istəyəcəklər". Məsələn, taxtlara söykənərək dincəlmək bir nemətdir. Çünki dünyada o acizliyi daddıq, həmişə yorğunluq çəkdiyimiz üçün söykəndiyimizdə xoşumuza gələr, kürəyimizi söykəyəcək bir yer olmasa narahat olarıq. Söykənmə bir nemətdir. Sonsuza qədər o neməti unuda bilməyəcəyik. Ona görə içimizdə həmişə belə istək olacaq, cənnətdə bir yerə söykənib danışmaq istəyəcəyik. Halbuki, cənnətdə heç ehtiyac, yorğunluq yoxdur. Başı uca dayanarıq, heç bir şey olmaz, səhərdən axşama qədər ayaq üstə dayansa da, milyonlarla il ayaq üstündə dayansa da yorulmaz. Amma söykənmə hissi olacaq, yəni cənnətdə söykənməyi bir nemət olaraq biləcəyik. Bunu dünyada öyrənirik. "Orada bir çox meyvə və şərab istəyirlər". Cənnətdə gözəl qədəhlərdə cənnət şərabını qədəhləri toqquşduraraq içəcəyik. İçində metil spirt, haram şeylər yoxdur. Dadlıdır. Cənnət qədəhlərinin görünüşü çox gözəldir, inşaAllah. Bir qurtum ondan, bir az meyvədən, bir az cənnət yeməklərindən yeyəcəyik, dərhal doyma yoxdur, inşaAllah. Məsələn, burada uşaqlarla birlikdə yemək yeyəndə dərhal doyuruq. Orada saatlarla, günlərlə, illərlə yesən də doymazsan. Dayanmadan meyvədən götürərsən, gözəl bişmiş quş əti, qızartma edib yeyərsən, inşaAllah. Bir-birindən dadlı yeməklər var, çox zəngin süfrələr var, lakin doyma yoxdur. Allah dünyada acizlik olaraq doyma hissini verir və doyursan. Cənnətdə dünyadakı nemətlərin əsllərini görəcəyik, inşaAllah. Burada bəziləri  tanıma məqsədlidir. Meyvələr də tanıma məqsədlidir. Əsl cənnət meyvələridir. Meyvə yeyərkən dərhal anlarsınız və deyərsiniz ki; "kaş ki, bu bir az daha şirin olsaydı". Məsələn, istədiyimiz kimi üzüm, şaftalı tapa bilirikmi? Tam istədiyimiz kimi üzüm, şaftalı tapa bilmirik. Cənnətdə əslləri var, inşaAllah. 52-ci ayə: "Onların yanında gözlərini (yalnız ərlərinə) dikmiş həmyaşıdlar (zövcələr) olacaqdır". Bu, cənnətdə ən böyük  nemətdir. "Gözlərini (yalnız ərlərinə) dikmiş". Bir qadının, mömin bir qadının sevdiyinə, ərinə ehtirasla baxması ən böyük nemətdir, çox təsir edicidir. Ürəkdə, ruhda çox sarsıdıcı təsir edər. İnsanın bütün mənliyini örtər. Haqqı ilə baxsa, haqqı ilə sevsə, haqqı ilə belə təslim olaraq tam bir coşğu ilə, eşqlə ərinə baxsa nəfəsini kəsər. Çox təsir edici olar. Məhz o nemət axirətdə, cənnətdə tam mənası ilə reallaşacaq, inşaAllah. Yoldaşımız bizə baxanda içimiz, ruhumuz əriyəcək, zövqdən sanki bitəcəyik. "Gözlərini (yalnız ərlərinə) dikmiş". Cənnətdə qadın ərindən başqa  kimsədən təsirlənməz. Halalı olan qadın yalnız ərindən təsirlənir, sevdiyindən təsirlənir. Allah elə yaratmış. Yalnız onda o zövqü ala bilir. Başqa kimsədən təsirlənmir, yalnız ərlərindən təsirlənir."Yalnız ərlərinə dikmiş..." Allah o şəkildə tərbiyə etmişdir. Dünyada onu öyrənirlər. "Həmyaşıd qadınlar..." hər kəs gənc, 33 yaşında olacaq. Tərif edilə bilməyəcək bir gənclikdir. Yoldaşı da, özü də, hamısı gənc olacaq və həmişəlik gəncdirlər. Yaşlılıq möcüzədir, xüsusi verilər. Allah yavaş-yavaş bir xətt yaradar, bir xətt daha yaradar. Saçda əvvəl on dənə ağ yaradar, sonra onu otuz edər, sonra altmış edər. Hər saç kökünə ayrı-ayrı əmr verilər. Allah: "Ağ ol" deyər, o da  ağ olar. "Sən də ağ ol" deyər. Ədədləri artar, süd ağa olana qədər artar. "Hamınız ağ olun" deyərkən, saçların hamısı ağ olar. Hər saç teli Allahın əmri altındadır, hansı saç nə vaxt töküləcək, hansı saç nə vaxt çıxacaq, hamısı Allahın əmri ilə olar. Saç teli deyirik, amma bir də saç telinin içindəki aləmə bir soruş baxaq. Bir saç teli, onun içində olan üçün böyük göydələn, nəhəng sütunlar halındadır. O saç telinin tökülməsi bir göydələnin yıxılması kimi olar. Nisbidir. 53-cü ayə: "Haqq-hesab günü üçün (axirətdə) vəd olunduğunuz (nemətlər) bunlardır. 54-cü ayə: Bu, əlbəttə, Bizim ruzimizdir. O bitməz-tükənməzdir". Nə doymada tükənmə var, doymarıq, nə də yeməkdə tükənmə var. Budaqdan almanı qoparıb yeyərsən, baxarsan yenə budaqda yenisi asılıb. Qoparmağınla budaqda olması bir anda olur. Alma, armud, portağal, hamısının orijinalları cənnətdədir. Allah Təala: "bir də, heç görmədikləriniz olacaq" deyir. Allah Təala: "sizə heç dadmadığınız şeyləri sürpriz edəcəyəm" deyir. Təbii ki, Allah Təala eynilə bu şəkildə söyləmir, buna bənzər bir ayə var.

Cəhənnəm üçün də Allah buyurur ki: 56-cı ayə: "Cəhənnəm (gözləyir). Onlar ora vasil olacaqlar. O necə də pis bir məskəndir!" 57-ci ayə: "Bu, qaynar su və irindir. Qoy onu dadsınlar". İnsanın qaynar suyu içməyi çox çəkindiyi, narahat olacağı bir şeydir. Allah ən narahat olacağı şeyləri cəhənnəmdə yaradacağını ifadə edir. Məsələn, irin insanların ən iyrəndiyi, narahat olduğu bir