Nəml surəsi, 58-59, 62-ci ayələrin təfsiri

A9 TV

door A9 TV

53 views
Hörmətli Adnan Oktarın 18 dekabr, 2013-cü il tarixli söhbətindən Nəml surəsi ilə əlaqəli şərhləri.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Nəml surəsi 58-ci ayədə buyurur: "Onların üstünə (qızmar daşdan) bir yağış yağdırdıq. Xəbərdar edilənlərin yağışı nə pisdir!" Deməli, Allah xəbərdar etdikdən sonra insanlara yağışla da fəlakət verir. Məsələn bax, Axırzaman da həmişə yağış fəlakət gətirir. Hara yağsa, normal halda bərəkət gətirər. Allah: "xəbərdar edilənlərin yağışı nə pisdir" deyir. Dünyanın hər yerində insanlar yağış yağanda xoşbəxt olarlar, amma artıq yağışlar fəlakət gətirir, sellər hər yeri basır, evləri yıxır, tarlaları yox edir, ağacları, körpüləri dağıdır, fəlakət gətirir. Dünya xəbərdar edildiyi üçün artıq Allah yağışı bir fəlakətə çevirmiş vəziyyətdədir. Allah ayədə də açıq şəkildə söyləyir. Allah: "Və, üzərlərinə bir yağış yağdırdıq, xəbərdar edilənlərin yağışı nə pisdir" deyir. Deməli, bir yaxşı yağış var, bir də pis yağış var. Axırzamanda pis yağışlara çox rast gəlinir. Onsuz da əvvəl dedilər ki, yağış yağmır, qlobal istiləşmə var, artıq quraqlıq başladı. Hal-hazırda o qədər çox yağış yağır ki, anbarlar, körpülər, evlər yerlə bir olur. "Dedi ki; Həmd Allahındır. Salam onun seçdiyi qullarının üzərinədir." Allahın seçdiyi qulları üzərinə Allahın Salamı var. "Həmd Allahındır", Allaha Həmd olsun, əlhəmdülillah. "Allahmı daha xeyirlidir, yoxsa onların ortaq qoşduqlarımı?" Yəni insanlar Allahdan, Qurandan yana olmalıdırlar və heç vaxt insanların razılığını güdməməlidirlər. İnsanları bütləşdirməməlidirlər. İnsanları bütləşdirənlər dəliyə dönürlər. Allah ağıllarını alır. İnsanlara həddindən artıq dəyər verən, hər şeyini insanlara görə istiqamətləndirən çox insan vardır. Elə insanlar iflic olar, yeni bir insan görəndə dəliyə dönər. Halbuki o, Allahın aciz bir quludur. Əsas Allahı hədəf almalıdır. Bax, "Dedi ki; Həmd Allahındır. Salam Onun seçdiyi qullarının üzərinədir. Allahmı daha xeyirlidir, yoxsa onların ortaq qoşduqlarımı?" Təbii ki, Allah daha xeyirlidir. Daim Allahdan yana olmaq lazımdır. Nəml surəsi 62-ci ayədə Allah :"Ya da çətinlik və ehtiyac içində olana"deyir. İnsanların çoxu çətinlik çəkər. Məsələn, durduğu yerdə sıxıntıya düşür və ya bir hadisədən ötəri çətinlik çəkər. "Və ehtiyac içində olana" maddi ehtiyac ola bilər, mənəvi ehtiyac ola bilər, bir çətinliklə qarşılaşmış ola bilər. "Özünə dua etdiyi zaman cavab verən" Bax, Allah "dua etdiyiniz zaman mütləq razılıq edərəm" deyir. Yəni duanı eşidərəm, bilərəm. Allah bunu dua üçün söyləyir. Allah hər şeyi bilir. Lakin "duanızı da dinləyirəm və cavab verirəm" deyir. "Şəri sovuşduran" insanlar pisliyin, şərin sovuşmayacağını zənn edir. Halbuki, Allah istəsə, pisliyi sovuşdurar və aradan qaldırar, fərahlıq gətirər. Bağlı zənn etdiyin yer bir anda açılar və açılmaqla kifayətlənməz, Allah onu aradan qaldırar, yox edər. Məsələn, bir evin içərisinə tüstü dolduğunu düşünək. Allah qapılarını açır, tüstüsü də çölə çıxır. Heç bir şey qalmır, tərtəmiz olur. "Və sizi yer üzünün varisləri edən kimdir?" Yer üzünün varisləri etmək nə deməkdir? Mehdiyyətdir. Yer üzünə hakim olan düşüncə, mehdiyyətdir. Deməli, mehdiyyət dövründə dua ilə çətinliklər, ehtiyaclar sovuşdurulacaq. Allah dualara cavab verəcək, pisliyi sovuşdurub aradan qaldıracaq. Yəni dəccaliyyəti məhv edib aradan qaldıracaq. Darvinizmi, materializmi aradan qaldıracaq və möminləri yer üzünün xəlifələri (varisləri) edəcək. "Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?" Yəni Allah"şirk qoşmasanız, bu gözəlliyi edərəm." deyir. "Siz necə də az düşünürsünüz?"  Allah "Öyüd alın, düşünün" deyir. Yəni beyninizi yorun. Biz müsəlman olduğumuz üçün çətinlik və ehtiyac içində olanda Allaha dua edəcəyik. Allah da pisliyi sovuşdurub aradan qaldıracaq, səhvləri aradan qaldıracaq. Darvinizm, materializmi, dindənkənar, azğın hər cür rəftarı yox edəcək və möminləri yer üzünün varisləri edəcək, inşaAllah. Amma şərt nədir? Allahla birlikdə başqa bir ilaha itaət etməmək. Yəni Allaha təvəkkül edib, Allaha bağlanmaq. "Siz necə də az düşünürsünüz?" Mömin az deyil, çoxlu öyüd almalıdır. Hər öyüdə diqqətli olmalıdır. Quranın hər öyüdünə diqqətli olmalıdır. Beynini işlətməli və düşünməli, beynini istifadə etməlidir. Bəziləri "mən yalnız namazlarımı qılıram, qalan başqa şeylərə qarışmaram." deyir. Qardaşım, o ibadətlərdən biridir, sənin başqa ibadətlərin də var, başqa ibadətlərini etdiyin müddətcə bu davam edir. Müntəzəm ibadət halındasan, sanki namaz heç bitmir kimi.