Sad surəsi, 32, 34, 37-ci ayələrin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Hz.Süleyman (ə.s) deyir ki; "Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi". Təbii ki, burada bir işarə var. "Onları mənə geri qaytarın" (dedi). Sonra (onların) qıçlarını və boyunlarını oxşamağa başladı". Bu bir sevgi nümayişidir. Allah sevginin nə qədər gözəl olduğunu orada göstərir. Və sevgini ifadə etmə şəkli olaraq da bir nümunə verir. Bax, buradakı ifadə çox açıqdır. "Qıçlarını və boyunlarını oxşamağa başladı. And olsun, Biz Süleymanı imtahana çəkdik, taxtının üstündə bir cəsəd buraxdıq." Bunun bir sirr olan tərəfi var, sonra bu mövzunu açıqlayacağam, inşaAllah. "Sonra o (peşman olub tövbə etdi və yenidən öz mülkünə, öz taxtına) qayıtdı". Allah, şeytanları hz.Süleyman (ə.s)-ın əmrinə verir. Allah Təala "Şeytanları da; hər bina ustasını və dalğıc olanı" əmrinə verir. Və hz.Süleyman (ə.s)-a bir imkan, bir güc verilir. Allah ona, daşları yonmaqda, sərt cisimləri kəsməkdə bir vasitə yaradır. Onu sonra araşdıracağıq, inşaAllah. Məsələn, hz.Süleyman (ə.s)-ın də əsasını gəmirən bir qurd var. Onun nə olduğunu da araşdıracağıq, inşaAllah. Bu elə bir şeydir ki, lazer kimi; daşı sanki incə bir işıqla kəsib atır və ülgüc kimi düz kəsir. İsraildə bu daşı görmək mümkündür. Necə kəsildiyi hal-hazırda da məlum deyil, açıqlana bilmir. İki daşın arasına ülgüc soxula bilməyəcək qədər düz kəsilmiş. Çünki əl dəmiri ilə kəsilmiş kimi görünmür. Bunlara baxacağıq, inşaAllah. Görəsən o, hz.Xızır (ə.s)-ın da  istifadə etdiyi bir şeydir, ona da baxacağıq. Hz.Xızır (ə.s) da, bilirsiniz bina ustasıdır. Hz.Süleyman (ə.s) o ustalara nə təqdim etdi ki, onlar onunla o daşı kəsdilər, hələ bilinmir. Bunları araşdıracağıq, inşaAllah, amma, hələlik bu qədər kifayətdir. Hətta güllə qab içərisində saxlanılan bir cisimdən bəhs edilir. Buğda dənələrinin içərisinə qoyulmuş, yəni mühafizə qəsdiylə qoyulmuş, lakin hamısı da güllə qab içərisinə saxlanmış bir cisimdir. Bir yaşıl daşdan bəhs edilir, onlara baxacağıq, inşaAllah.