Səba surəsi, 26, 28-30, 32-35-ci ayələrin təfsiri

  • 11 yıl önce
   ADNAN OKTAR: Şeytandan Allaha sığınıram.

  32-ci ayə: " Özləri haqda yüksək rəydə olanlar da zəiflərə belə deyərlər: “Sizə doğru yol göstəricisi gəldikdən sonra sizi ondan bizmi yayındırdıq? Xeyr, siz özünüz günahkar idiniz”. Böyüklük göstərənlər, yəni eqoistlik edənlər, qürurlular, özünü böyük görənlər, maddi istiqamətdən, mənəvi istiqamətdən, hər istiqamətdən özünü üstün görənlər, zəif- normal bir insankən sonradan gücsüzləşdirilən, yəni siyasi təzyiqlə, əsgəri təzyiqlə, polis təzyiqilə və yaxud hər hansı bir təzyiqlə, cəmiyyət təzyiqiylə passivləşdirilib maddi gücü əlindən alınan, imkanları əlindən alınan, gücsüz qılınan insan mənasını verir. Yəni, siz onsuz da anormal insan idiniz deyir. Bu, axirətdə cəhənnəmdəki danışıqlardan bir hissədir. Yəni, darvinizmə bağlayırdınız, materializmə bağlayırdınız , məcbur edib bizim ateist olmamız üçün səy göstərirdiniz , deyirlər xalqdan insanlarda.

  33-cü ayə: " Onlar əzabı gördükdə peşmançılıq hissini gizlədərlər. Kafirlərin boyunlarına zəncirlər vurarıq. Onlar ancaq etdikləri əməllərə görə cəzalandırılarlar." Məsələn bu çox mənalı, orada böyüklük göstərər. O  böyüklük göstərənlərin eqoizmləri orada da davam edir. Halbuki, bir insan peşman olduğunu  açıq göstərməlidir. Orada cəhənnəmin mühitində, peşmanlıqlarını saxlayırlar, inad edir, daha hələ davam edir iddiasına.  Nə edirsə tam onunla cəzalandırılır, yəni, birə-bir, inşaAllah. "Boyunlarına zəncirlər vurarıq", başqa ayədə də keçir o. Eqoizm və böyüklüklərinə qarşı Allah, boyunlarını aşağı endirə bilməyəcək hala gətirir onları.

  34-cü ayə: " Biz hansı bir məmləkətə xəbərdarlıq edən peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri ona sadəcə olaraq: “Biz sizinlə göndərilənləri inkar edirik!” – dedilər. " Demək ki, xəbərdarlıqçı gəlir, yəni, insanları xəbərdar edən, baxın, mütləq deyir Allah, Allahın qanunu, onun cah-calal içində yaşayan sakinləri. Yəni, dini liderlər yaxud siyasi lider fərq etməz burada, hər hansı bir kəs.. Onun üçün Mehdi (ə.s)-ı da insanlar qəbul etməyəcəklər. Məsələn hz. İsa Məsih (ə.s)-ın gəlişini də qəbul etmirlər, ərköyün insanlardırlar.

    35-ci ayə: " Onlar: “Bizim mal-dövlətimiz də, övladlarımız da daha çoxdur və bizə əzab verilməyəcəkdir” – dedilər. Yəni, həmişə belə  holdinqləşmə, pul qazanma, övlad, siyasi gələcəyi, ictimai gücü onun dərdində olduqları üçün. " Yəni biz onsuz da müsəlmanıq, müttəqiyik, Allah üçün cəhd göstəririk bir şey olmaz deyirlər. Biz axirətə də getsək ,cənnətə gedərik deyirlər, qurtuluşa çatacağıq deyirlər.

   26-cı ayə: De: “Rəbbimiz hamımızı bir araya cəmləşdirib sonra da aramızda ədalətlə hökm verəcəkdir. O, ən ədalətli Hakimdir, Biləndir”. Yəni, küfrlə müsəlmanlar ayrılırlar. Bu ayədə, sonra da haqq ilə aramızı ayıracaq. O, həqiqi hökmünü verərək haqq ilə batinin arasını açandır, (hər şeyi haqqıyla) biləndir. haqq ilə batinin arasını açılması ilə əlaqədar ayənin əbcədi; 2010 tarixini verir inşaAllah.

  28-ci ayə: " Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəmbər kimi göndərdik. Lakin insanların çoxu bunu bilmir. " Peyğəmbərimiz (s.ə.v) nə deyir? Müjdələnin deyir. Ayrıca Hz. Mehdi (ə.s.) ilə də müjdələnin deyir Rəsulullah (s.ə.v)-in əmridir bu, əmr edib biz Rəsulullah (s.ə.v)-in komandirliyini Qiyamətə qədər qəbul etməklə vəzifəliyik. Vəfatıyla komandirliyi bitməz. Məsələn, Hz. Mehdi (ə.s.) ilə müjdələnin deyəndə, onu müjdələməyə davam edəcəyik. "Biz səni ancaq bütün insanlara bir müjdə verici və xəbərdarlıq edən olaraq göndərdik."  Bu Peyğəmbər (s.ə.v)-ə baxır. Nəylə müjdələdi peyğəmbər əfəndimiz (s.ə.v.)? Dünya hakimiyyəti ilə müjdələdi, İslam Birliyi ilə müjdələdi, bərəkət və bolluq ilə müjdələdi, müsəlmanları cənnət ilə müjdələdi və Allahın razılığı ilə müjdələdi ən əhəmiyyətlisi. "Və xəbərdarlıq edən olaraq göndərdik."  Hz. Mehdi (ə.s.) da  müjdə verici və xəbərdar edici olaraq gələcək . "Lakin insanların çoxu bilmirlər." Bu anda da insanların bir çoxu bilmir İslam Birliyi olacağını, Hz. Mehdi (ə.s.)-ın zühur etdiyini, İslamın Birliyi gətirəcəyi bərəkəti bolluğu, dincliyi, sevinci bilmirlər.

   29-cu ayə: " Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?” – deyirlər. " Nə vaxt deyirik? Biz də on ilə qədər olacaq deyirik inşaAllah. Hədislərə əsasən bunu söyləyirik. İslamın hakimiyyəti təbii ki, onların soruşduğu burada Qiyamət soruşurlar amma bir başqa işarəsi də İslamın dünya hakimiyyətidir.

   30-cu ayə: " De: “Sizə vəd edilmiş bir gün vardır ki, siz onu nə bircə saat belə yubada, nə də tezləşdirə bilərsiniz”. Qiyamət, tam vaxtı çatanda  qopar deyir cənab Allah.