Rum surəsi, 29-32-ci ayələrin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Təala Rum surəsi, 29-cu ayədə buyurur: "Lakin haqsızlıq edənlər heç bir elmə əsaslanmadan nəfslərinin istəklərinə uydular...". Yəni Qurana inanmadılar, "nəfslərinin istəklərinə uydular". Müşriklərin, xurafatçıların uydurmalarına uydular. "Allahın dəlalətə saldıqlarını kim doğru yola yönəldə bilər? Onlara yardım edənlər də olmaz.

“Elə isə sən üzünü Allahı yeganə sayan (bir hənif) olaraq dinə, Allahın o fitrətinə çevir;” Qurana “ki insanları bunun üzərinə yaratmışdır. Allahın yaratması üçün heç bir dəyişiklik olmaz. Doğru din budur. Ancaq insanların çoxu bunu bilmir”. Bax, xurafatçılar (haqq dəlilə inanmayanlar, azğınlar) hal-hazırda bunu  bilmirlər. Allah: "insanların çoxu bunu bilmir" deyir. “Könüldən qatqısız olaraq”. Yəni Qurana əlavələr etmədən Allaha yönəlin. "Ona tərəf dönün. Ondan (Allahın əzabından) qorxun, doğru şəkildə namaz qılın və müşriklərdən olmayın!", yəni düzgün şəkildə namaz qılın, müşriklərin izah etdiyi kimi deyil, "və müşriklərdən olmayın". Ayəni gördükdə adam: "yox, məndən bəhs etmir" deyir. Səndən bəhs edir. Sən Qurana əlavə etsən, bütlərə uysan və “filan müşrik, filan büt mənə, Qurana qarşı bunu dedi” desən, sən müşrik olmuş olarsan. "O kəslərdən ki, öz dinini parçalayıb bölük-bölük oldular". Allah burada kimdən bəhs edir? Bizdən bəhs etmir, deyirsən. Budur səndən bəhs edir. "Hər bir firqə öz dininə (öz dininin haqq olduğuna) sevinər". Bax, Allah çox açıq şəkildə izah edir: "...və özləri bölük-bölük oldular". Budur səndən bəhs edir. "Hər bir firqə öz dininə (öz dininin haqq olduğuna) sevinər." Çoxları dində firqələrə ayrılaraq: “Ən yaxşı bizik, ən yaxşı təriqət mənimkidir, nicat əhli mənəm, mən xilas oldum deyərlər.”

Quranın qeyri-kafiliyini iddia etmək, qeyri-kafiliyini söyləmək Qurana qarşı (haşa) təhqirdir, Qurana qarşı çıxmaqdır. Bəziləri Quranın qeyri-kafiliyini kiçik bir günah olduğunu hesab edir. Allah onunla əlaqədar Quranda çoxlu təhdidlər edir. Allah Quranın kafi olduğunu, hər şeyi izah etdiyini, bütün təfərrüatları izah etdiyini deyir. Diqqət yetirin, Allah ayədə deyir: "siz yalnız Qurandan sorğu-sual olunacaqsınız". Allah, başqa heç bir şeydən deyil, müşriklərin uydurma olan xurafatlarından deyil, Qurandan sorğu-sual olunacaqsınız, deyir. Adam müşriklərin xurafatlarından sorğu-sual olunacağını deyir. Bütlərdən, bütlərin dediyinə görə sorğulamaq yoxdur, Qurandan sorğulanma vardır. Adam buna inanmırsa biz nə deyək? Allah çox açıq və dəqiq deyir: "yalnız Qurandan sorğu-sual olunacaqsınız". Bu ifadə açıq deyilmi? Allah başqa bir kitabdan bəhs etmir.