Saffat surəsi 1-6-cı ayələrin təfsiri

A9 TV

door A9 TV

1 view
ADNAN OKTAR: Saffat surəsi, Rəhman Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram. "And olsun göylərdə və yerlərdə səf-səf duranlara, imansızları qətiyyətlə qovanlara." Səflər halında düzülənlər nədir? Əsgərlərimiz. "qətiyyətlə qovanlara" Çanaqqalada komandirlərimiz əsgərlərimizi, aslanlarımızı arxalarından çağırırdılar yüksək səslə, inşaAllah. " və Zikri oxuyanlara," Quran oxuyanlara. "Həqiqətən, sizin məbudunuz təkdir." Üç deyil, birdir. "O həm Göylərin, yerin və onların  arasındakıların  Rəbbidir, həm də məşriqlərin  Rəbbidir. Biz dünya səmasını parlaq ulduzlarla bəzədik."  Həqiqətən, məsələn, səma, kosmos boş ola bilərdi, amma nəfəs kəsici bir quruluşu var. Ucsuz-bucaqsız, nəhəng göy cisimləri  havada; o onun ətrafında fırlanır, bu bunun ətrafında fırlanır, hər biri bir-birinin ətrafında fırlanır. Məsələn, öz ətrafında fırlanır, o bir başqa sistemin içində, digəri başqa bir sistemi içərisində, hamısı belə Mövlananın dərvişləri kimi dönüş halındadırlar, maşaAllah.