Zumər surəsi, 45 və 48-ci ayələrin təfsiri

  • 8 yıl önce
ADNAN OKTAR: Zumər surəsinin 45-ci ayəsində deyilir, Şeytandan Allaha sığınıram: "Allah tək olaraq xatırlandığı zaman axirətə inanmayanların qəlbini nifrət bürüyür. Ondan qeyriləri yad edildiyi zaman isə onlar sevinirlər." Allah anıldığı vaxt kafirlərin tamamilə hövsələsi qaçar. Amma başqa şeydən bəhs edildikdə, məsələn boş işlərdən bəhs edildikdə sevinərlər. 46-cı ayə. "De: “Ey göyləri və yeri Yaradan, qeybi və aşkarı Bilən Allahım! Qullarının arasında baş verən ziddiyyətlərlə bağlı hökmü yalnız Sən verəcəksən!.” Yəni Allah bildirir ki, qərar verə bilmədiyiniz məsələlərdə özbaşına hərəkət etməyin, Allahın hökmünə tabe olun!. Şeytandan Allaha sığınıram. 47-ci ayə. "Yer üzündə olanların hamısı və üstəlik bir o qədər də əlavə, zalımlara məxsus olsaydı, onlar mütləq hamısını Qiyamət gününün dəhşətli əzabından qurtarmaq üçün fidyə verərdilər. Hal