Cin surəsi, 1-16-cı ayələrin təfsiri

  • 8 yıl önce
ADNAN OKTAR: Rəhman və Rəhim olan Allahın adı ilə, Cin surəsi, şeytandan Allaha sığınıram: "De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra belə dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik!."" Cinlər hal-hazırda da dinləyirlər. Nə vaxt bir yerdə Quran oxunsa, cinlər onu dinləyər inşaAllah. "O, həqiqətə və doğru yola yönəldir. Biz ona inandıq." Baxın, bu cinlər səmimi yanaşmışdırlar. "O, həqiqətə və doğru yola yönəldir.” Baxın, həm həqiqətə və doğru yola yönəldir. Buna görə də “Biz ona inandıq." Yəni “Qurana inandıq.” Allaha iman edirlər, Qurana inanırlar. "...Və (bundan sonra) əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq." Deməli, əvvəllər cinlərin bir qismi şirk içində imiş. Şirkdən üz döndərib, müşriklikdən xilas olublar. "Həqiqətən, Rəbbimizin əzəməti (şanı) çox ucadır." Quranın gəlməsiylə onlarda bir fərahlıq yara