Muminun surəsi, 1-12-ci ayələrin təfsiri

  • 8 yıl önce
ADNAN OKTAR: Rəhman Rəhim olan Allahın adıyla, şeytandan Allaha sığınıram. Muminun surəsi: "Həqiqətən, möminlər nicat tapmışlar!"-yəni qurtulmuşdurlar. Ürəkləri açılar, işləri yolunda gedər, dünyada, axirətdə rahatlayarlar. "O kəslər ki, namazlarında mütidirlər." Namazlarında müsəlman ürəyini Allaha verməlidirlər, vəsvəsə ilə məşğul olmayın. Əgər görsəniz ki, vəsvəsəyə düşmüsüz, bir-iki-üç sayacaqsınız və bu bir xəstəlikdir deyəcəksiniz. Üçdən çoxdursa, bu, xəstəlikdir. O zaman (vəsvəsəyə) etibar etməməlisən. İlk ağlınıza gələn şəkli keçərlidir. İki dəfə etdim, üç dəfə etdim, dörd dəfə etdim zənni, qalib nə tərəfdədirsə, onunla bitirəcəksən. Vəsvəsəyə ehtiyac yoxdur. "O kəslər ki, namazlarında mütidirlər. O kəslərdir ki, tamamilə boş şeylərdən üz döndərirlər (sözbazlıqdan qaçırlar)”. Yəni, dedi-qodu ilə, boş işlərlə, b