Rum surəsi, 51-58-ci ayələrin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Ya Allah, bismillah, hər hansı bir səhifə açıram. Rum Surəsi, 51-ci ayə, Allah Təala and içir deyir ki: "And olsun, əgər Biz (onların əkinlərinin üstünə) bir yel əsdirsək və (o yel nəticəsində əkinlərin) saralıb-solduğunu görsələr, bundan sonra mütləq nankor olmağa başlayarlar". Allah insanların xarakterini söyləyir. İnsanların çoxu nankordurlar.

 "Şübhəsiz ki, sən (haqqa) çağırışı nə ölülərə bildirə bilərsən, nə də dönüb gedən karlara eşitdirə bilərsən!". Bu böyük bir möcüzədir, çox əhəmiyyətli bir şeydir. İnsanların böyük bir qismi ölüdür. İnsanlar ölüləri canlı zənn edir, normal ruha sahib olduqlarını zənn edir. Allah: "Normal ölü" deyir. Yəni təşbehli deyil, doğrudan ölüdür. Lakin yeriyən ölüdür. "Dönüb gedən karlara eşitdirə bilməzsən". Eşitmə: beyinə səs gedir, lakin səsi şərh etmir, damda şüur yoxdur, qavraya bilmir.

 "Sən korları da düşdükləri əyri yoldan qurtarıb doğru yola gətirə bilməzsən. Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar!" Allah Təala "Allahdan qorxana eşitdirə bilərsən" deyir.

 "Sizi zəif bir şeydən (nütfədən, bir qətrə sudan) yaradan, gücsüzlükdən (körpəlikdən) sonra qüvvətli (cavan) edən, qüvvətli olduqdan sonra (yenidən) taqətsiz (və qoca) edən Allahdır." Gənclik dövründə sağlam, normal bir cavan oğlan və yaxud qız olur. "Sonra qüvvətli (cavan) edən, qüvvətli olduqdan sonra (yenidən) taqətsiz (və qoca) edən". Gənclik dövründən sonra insan yavaş-yavaş yaşlanır, çökməyə başlayır, boyu qısalır, gücü gedir. Arxasınca da ölüm gəlir. "Dilədiyini yaradar. O, biləndir, güc yetirəndir".

"Qiyamət qopacağı gün (saat) günahkarlar (qəbirlərində və dünyada) bir saatdan artıq qalmadıqlarına and içərlər". "Dünyada nə qədər yaşadınız?" soruşarlar. Adamlar da düşünür və 1 saat yaşadıq, deyirlər. Zaman nisbi olduğu üçün keçirdiyi bütün ömrünü bir saat qədər qəbul edir. "Elm və iman sahibləri isə belə deyərlər: "Siz (qəbirlərinizdə) Allahın Kitabında (əzəli elmində yazılmış) olan qiyamət gününə qədər qaldınız. Bu, (hamının dirildiyi) qiyamət günüdür, lakin siz (onun haqq olduğunu) bilmirdiniz!" Müsəlmanlar orada onlara  hadisənin doğrusunu izah edirlər. Adamlar qavraya bilmirlər, "bir saat yaşadıq" deyirlər. Onlar da doğrusunu izah edirlər. Zamanı doğru qavramaları üçün onlara məlumat verirlər.

 "O gün zalımlara üzrləri heç bir fayda verməz və onların tövbə etmələri (Allah rizasını diləmələri) də istənilməz!". Məsələn, bir çox bəhanələr sayırlar: "işim var idi, ailəm var idi, məktəb var idi, pullar var idi, imkanım yox idi, kitab ala bilmədim, araşdıra bilmədim, oxuya bilmədim…". Allah bəhanələrini qəbul etmir. Məmnuniyyət istəyirlər, Allah onu da qəbul etmir. 

"And olsun Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkdik. (Ya Rəsulum!) Həqiqətən, sən onlara hər hansı bir ayə ilə gəlsən belə, onlar mütləq: "Siz  yalançısınız!"―deyəcəklər". Quranda Allah Təala: "hər cür məsəl çəkdim" deyir. Burada xüsusilə müşriklərə xitab var. "Hər cür məsəl çəkdim" əksik bir şey yoxdur deyir. "Sən onlara bir ayə (möcüzə) gətirsən belə" bir şeyi ayə ilə sübut etdiyin zaman "onlar mütləq: "Siz yalançısınız" deyəcəklər". "Nizamımızı, ənənəvi dinimizi, din anlayışımızı ortadan qaldırdınız". "Bizə yeni bir görüş gətirirsiniz" deyirlər. Quranın  kafi olduğunu dediyinə görə, dindən imandan çıxmısan, deyir. "Niyə ki?" soruşursan. "Quran kafidir deyirsən ona görə" deyir. "Yaxşı, səncə necə olmalıdır?" soruşursan. "Xurafat da lazımdır" deyir. Nə qədər xurafat? "Ən az bir Quran qədər, hətta Qurandan da çox xurafat lazımdır" deyir.