Yusif surəsi 23-35-ci ayələrin təfsiri

  • 10 yıl önce
Adnan Oktar: 32-ci ayə, şeytandan Allaha sığınıram. "Qadın dedi ki: "Haqqında məni qınadığınız kişi budur. And olsun mən onu yoldan çıxarmaq istədim." Hz. Yusif qəribə cazibədardır. Qadınlara çox təsir edən bir gözəlliyi var, yəni, çox kişiyə xas olmayan bu cazibəyə qadınlar dözə bilmirlər. Allah onu elə yaradıb. O isə özünü qorudu. Çox iffətli və əxlaqlıdır. Özünü qoruyan kişi cazibədar və gözəl olar. Əxlaqsız kişi qadınlara çox pis gəlir. Yəni, belə önünə gələnlə birlikdə olan, halala və harama diqqət yetirməyən kişi qadınların da xoşuna gəlməz və elələrini xoşlamazlar. "Və and olsun, əgər o ona əmr etdiyimi yerinə yetirməsə" yəni, özü ilə cinsi əlaqəyə girməsə, "mütləq zindana atılacaq və əlbəttə hörmətdən salınanlardan olacaqdır." Qadın "həm hörmətdən salacağam, həm də həbsə atdıracağam" deyir. Bu qadının şərtidir. Hz. Yusif (ə.s.) ilə cinsi əlaqəyə girmək istəyir.

Dedi ki: "Rəbbim, zindan bunların məni çağırdıqları şeydən daha sevimlidir. Qurduqları tələni məndən uzaqlaşdırmasan, mən də onların sevdasına düşər, beləcə cahillərdən olaram." Allaha deyir: "ya Rəbbim, mən zindanı istəyirəm, qeyri-qanuni əlaqəyə girmək istəmirəm, məni qoru" deyə dua edir, yalvarır. Yəni, həbsə də razıyam, yetər ki, bu işlərdən uzaq olum. Çünki, hz.Yusuf (ə.s.) qaldığı evdə kölə olaraq vəzifəlidir. Ayədə var, kölə olduğuna görə qadın qapıları kilidləyir, qadın üzərinə gəlir, hətta köynəyini cıraraq zorla əlaqəyə girmək istəyir. O da qurtuluş olaraq zindanı və həbsi gözə alır. Yetər ki, bunların etdiyi qeyri-qanuni əlaqə təklifi məndən uzaqlaşsın, harama girməyim. "Beləcə Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini uzaq etdi" 2031-ci il. Bu eyni zamanda mehdiyyətə də baxan bir ayədir. 2031-ci ildə İslamın dünyada hakimiyyət tarixidir, inşaAllah. "Çünki Allah eşidəndir, biləndir. Sonra onlarda Yusifin iffətinə bağlı dəlilləri görmələrinə baxmayaraq, mütləq onu müəyyən bir vaxta qədər zindana atmaq fikrinə gəldilər." O zamanda hüquq və qanun, o dövrün iddia edilən “dərin dövlət” quruluşu var idi, bugünkü Ərgənəkon təşkilatına bənzər. O dövrdə qanun, hüquq yox idi. Hz. Yusifin sonra günahsız olduğunu bilirlər, amma hüquq “dərin dövlət”in əlinə keçib. Yəni, hüquq tamamilə bitib. Hz. Yusuf (ə.s.)-ın dövründə qanun, hüquq saxta idi. "Mütləq onu müəyyən bir vaxta qədər zindana atmaq fikrinə gəldilər." Evində qaldığı qadın, onu yolundan çıxarmaq istədi və qapıları sıx bağlayıb, "İstəklərim sənin üçündür, gəlsənə" deyir. Hz. Yusuf (ə.s.) kölə olduğu üçün orada onlarla bir evdə qalır. O evli qadındır, həm də evin ağasının xanımıdır. Qapını sıx bağlayır və onu yanına çağırır. Yusif (ə.s.)-ın isə müqavimət göstərdiyi aydın olur. "O "Allaha sığınıram" dedi. Çünki, o mənim ağamdır, yerimi gözəl tutmuşdur. Həqiqət budur ki, zalımlar qurtuluşa çatmaz." Bax, heç bir şəkildə şəhvətin təsirində qalmır. Hər vaxt ürəyi Allah ilə bərabərdir. Hz. Yusuf qadınla əlaqəyə girsə, həyatı bəlkə daha da asan olacaq və nəfsinin də xoşuna gələcək. Amma heç bir şəkildə qəbul etmir. "And olsun qadın onu arzulamışdı. Əgər Rəbbin qəti dəlil görməsəydi, o da onu arzulamışdı." İffətli bir kişi və təmiz bir qadına çox gözəl gəlir, təsir edici gəlir. "Beləliklə biz ondan pisliyi geri çevirmək üçün ona dəlil göndərdik. Çünki o, müxlis qullarımızdan idi." Yəni səmimi qullarımızdan idi. "Qapıya doğru ikisi də qaçdılar." Hz. Yusuf (ə.s.) qabaqda, qadın da arxasında, hz. Yusif (ə.s.) özünü qurtarmağa çalışır. "Qadın köynəyi arxadan çəkib cırdı." Hz. Yusifi qadın çatıb tutur. Çalışdı, o köynəyi tutdu, hz. Yusuf (ə.s.) özünə çəkmək istəyincə o var gücü ilə irəliyə doğru çox güclü bir cəhd etdi. Çünki, köynəyin cırılması çox çətindir. Normal bir köynəyi cırmaq, bilmirəm çox çətindir, yəni, iki tərəfin çəkməsi nəticəsində təbii ki, hz. Yusuf (ə.s.) də özünü qurtarmağa çalışır. "Düz qapının yanında qadının əri ilə qarşılaşdılar." Demək ki, adam anladığım qədər səs-küyə oraya gəlir. Qadının yoldaşı ilə qarşılaşdılar. "Qadın dedi ki: "Ailənə pislik etmək istəyənin, zindana atılmaqdan və ya ağrılı bir əzabdan başqa cəzası nə ola bilər?" Yəni tam olaraq qadının etdiyi çox namərd və pis hərəkətdir. Madam ki, eşqlə sevirsən, hörmətlə dəyər verirsən, yaxşı ona necə qıyırsan? Sırf sənin şəhvətini qəbul etmədi deyə deyilmi? Bax, nə deyir? "Ailənə pislik etmək istəyənin" dərhal böhtan atır, "zindana atılmaqdan və ya ağrılı bir əzabdan başqa cəzası nə ola bilər?" Baxın, gözü dönüb, oradakı dinsizliyin, imansızlığın verdiyi mərhəmətsizliyə bax. Bu, eyni şəkildə qadınlara da edilir, bilirsiniz. Rədd edilir, gedib bıçaqlayır, öldürməyə cəhd edir. Burada da hz. Yusif (ə.s.)-a edilənin ziddidir. Burada qadının etdiyi zülm var. Dedi ki: "Onun özü məni yoldan çıxarmaq istədi." Qadının yaxınlarından bir şahid şahidlik etdi: "Əgər onun

Category

🗞
Haberler

Önerilen