Nas surəsi, 1-6–cı ayələrin təfsiri

  • 10 yıl önce
Adnan Oktar: Rəhman Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram. “De: "Pənah aparıram insanların Rəbbinə, insanların ixtiyar sahibinə, insanların ilahına,  vəsvəsə verən, qaçıb gizlənən şeytanın şərindən” yəni, Axırzaman dəccalının şərindən. “Ki o, insanların ürəklərinə vəsvəsə və şübhə saldı.” İnsanların Allaha olan inancını öldürdü. Dəccaliyyət insanların 99 %-ni dinsiz etdi. "Təsadüfən yaradıldınız, palçıqdan yaradıldınız" deyərək insanların ürəyinə vəsvəsə, şübhə salır. “(O şeytan ki) cinlərdən də olur, insanlardan da!” İnsandan olan, insan olan şeytan dəccal adlanır. Dəccal insan şəklində görünən bir şeytandır. Bütün müsəlmanlar 5 vaxt dua edərkən dəccalın adı çəkiləndə əllərini tərs çevirirlər. Müsəlmanlar “ya Rəbbim, dəccaldan sənə sığınıram” deyə və 5 dəfə də hər namazda Mehdinin gəlişi üçün dua edərlər. Çünki, dəccalın şərindən, təsirindən qurtaracaq olan kimdir? Allahın istəyi ilə Mehdidir.