Əhzab surəsi,23- 35- ci ayələrin təfsiri

  • 11 yıl önce
Adnan Oktar: Bax indi Əli qardaş. Hər hansı bir səhifə açıram bax: Bismillahir-rəhmanir-rəhim. Əhzab surəsi. Şeytandan Allaha sığınıram. 23-cü ayə:

"Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır". Allah nə söyləsə etdilər, "onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş" şəhid oldu, "kimisi də şəhid olmasını gözləyir". Şəhid olmağı gözləyir. "Onlar əhdlərini əsla dəyişdirməyiblər". Nə üçün şəhid olur? Allahın dinini yaymaq üçün, Allah yolunda, İslam Birliyi üçün.

24: "Bu ona görədir ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də ya istəsə əzab versin, ya da onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir".

25: "Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah (zəfər verən olaraq) möminlərə kifayət etdi". Zəfər, nəyin zəfəri? İslam Birliyi zəfəri. Dini yayır müsəlmanlar. Allah onlara kifayət etdi. "Allah Qüvvətlidir, Qüdrətlidir".

26: "Allah Kitab əhlindən müttəfiqlərə yardım edənləri", o cür fırıldaqçılar var: İslam Birliyini istəmirlər, hocamı tənzih edirəm, Kitab əhlindən yəhudi və xristianlardan da arxa dururlar  İslam Birliyini istəməyən qrupa. "Öz qalalarından endirdi". Yəni olduqları yerdən çıxardı. "Və onların qəlbinə qorxu saldı". "Allah qorxutdu onları" -deyir. Allah, "Siz onların bir qismini öldürür, bir qismini də əsir götürürdünüz" -deyir.

27: "Allah sizi onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi". "Sizi Allah hakim etdi" -deyir. Baxın İslam Birliyi ayəsi. "Allah hər şeyə qadirdir".

28: "Ey Peyğəmbər! Zövcələrinə de: "Əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə,"" yemək, içmək, oğul-uşaq, gəzmək və daha bir çox şey. "Gəlin sizi dünya malıyla məmnun edim". Pul verim, imkan verim "və gözəl tərzdə sərbəst buraxım". Boşayım sizi göndərim deyir. Baxın bunlar Peyğəmbər xanımlarıdır. Gördünüzmü Allah əsirgəsin. Nəfsi əlamətə insan düşsə, Allah rizasını məqsəd götürməsə evliliyin məqsədini anlamazsa, müvazinəti pozulur. Evlilik nə üçün olurmuş?

Baxın indi açıqlayır Allah, Şeytandan Allaha sığınıram.

29: "Yox, əgər Allahı, Onun Elçisini və Axirət yurdunu istəyirsinizsə". Bu nə demək? Quranın bütününü yaşamaq istəyirsinizsə, İslamı Birliyini istəyirsinizsə, Rəsulun sünnəsinə uymaq istəyirsinizsə, axirət yurdunu istəyirsinizsə yəni məqsədiniz yalnız Allahın razılığı və axirət isə "bilin ki, Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır". Allah, çox gözəl qarşılıq götürəcəksiniz deyir.

30: "Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar bir çirkin iş görsə," Peyğəmbər xanımları, onların hökmü ayrı olur. "Onun əzabı ikiqat artar". "İki qat əzab verərəm" -deyir. "Bu, Allah üçün asandır". "Açıq-aşkar bir çirkin iş görsə". Baxın, Allah təhdid edir.

31: "Sizlərdən hər kim Allaha və Onun Elçisinə könüldən itaət edib" tam təslim olar. Könüldən itaət etmək nə demək? Canı könüldən itaət edib "saleh işlər görsə" səmimi davransa, Allah, "ona mükafatını ikiqat verərik" -deyir. "Biz onun üçün bol ruzi hazırlamışıq".

32: "Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz". Yəni onlar kimi rahat və azad deyilsiniz. "Onlar kimi yaşaya bilməzsiniz. Xalqdan olan, Peyğəmbər xanımı olmayan xanımların mövqeyi ayrıdır" -deyir. Onlar sizə görə daha rahat yaşaya bilərlər, daha rahat rəftar göstərə bilərlər. İctimai həyat içində ola bilərlər. "Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz". Yəni onlar kimi rahat və azad deyilsiniz. "Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın", yəni təsir edici tərzdə danışmayın, "yoxsa qəlbində xəstəlik olan tamaha düşər". "Şəriətə müvafiq qaydada danışın", yəni ciddi və mənası aydın olaraq söyləyin. Quranı tərzdə söyləyin. Yoxsa Cənabı Allah başqa cür nə deyir, "yoxsa qəlbində xəstəlik olan tamaha düşər". Allah əsirgəsin. Onun üçün, ayənin sonunda Cənabı Allah: "Peyğəmbərin xanımları sizin analarınızdır" -deyir. Hamısı anamız oldular. Cənabı Allah, ondan sonrası sizə nikah haramdır deyir. Elə bir şey yox çünki onlar sizin ananızdır.

"33: Evlərinizdə qərar tutun!" Sırf Peyğəmbər xanımlarına məxsusdur, digər xanımlar ayrı. Onlar çıxa bilər, peyğəmbər xanımı ayrı "İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin". "Sizinki gizli olacaq" -deyir. "Namaz doğru qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin". Peyğəmbərə itaət edin. "Ey ev əhli!" Peyğəmbər (s.ə.v)- in ailəsi, "Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəm