Əhzab surəsi, 25,29,32,33, 35-ci ayələrinin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Əhzab surəsi, 25-ci ayə: "Allah kafirləri kin və qəzəbləri ilə birgə (məqsədlərinə çatmadıqları) geri çevirdi", yəni Allah kafirləri təsirsizləşdirdi. "Onlar heç bir xeyir (qənimət) əldə edə bilmədilər. Döyüşdə (zəfər çalmaq üçün) Allah möminlərə kifayət etdi. Allah yenilməz qüvvət, qüdrət sahibidir!" Əbcədi 2000-ci il tarixini verir.

26-cı ayə: "Allah Kitab əhlindən onlara (kafirlərə) kömək edənlərin ürəklərinə qorxu salıb onları öz qalalarından endirdi. Siz onların bir qismini öldürür, bir qismini də əsir alırdınız."

27-ci ayə: "(Allah) sizə onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir!". Yəni yer üzünə hakim oldunuz. Əbcədi 2079-cu il tarixini verir. Dünya hakimiyyətinin son vaxtlarıdır, inşaAllah. Ən mükəmməl vaxtlar, ən yetkin vaxtlardır.

28-ci ayə: "Ya Peyğəmbər! zövcələrinə belə de: "Əgər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və (sonra da) gözəl bir tərzdə (Allahın buyurduğu qayda üzrə) boşayım!". Peyğəmbərimiz (s.ə.v)-in  zövcələrinin bir qismi  peyğəmbəri  sıxırdılar. Allah Təala ayə ilə onlara xəbərdarlıq edir.

29-cu ayə: "Əgər siz Allahı, Rəsulunu və axirət yurdunu istəyirsinizsə, artıq heç şübhəsiz ki, Allah, içinizdən gözəllikdə olanlar üçün böyük bir mükafat hazırlamışdır". Deməli, bir xanım evlənəcəyi şəxsə diqqət edəcək. Allahı, Rəsulunu və axirət yurdunu istəyərək, Allah rizası üçün evlənəcək. Nə üçün dünya həyatını və bəzəkli cazibədarlığını istəyərək evlənməyəcək? Əgər evlənsə Allah çətinliyə salır, sıxıntı, çarəsizlik yaradır.

32-ci ayə: “Siz ey peyğəmbərin zövcələri! Siz başqa qadınlar kimi deyilsiniz”. Peyğəmbər (s.ə.v)-in qadınları başqa qadınlar kimi deyil. “Əgər çəkinirsinizsə cəlbedici şəkildə danışmayın, yoxsa qəlbində xəstəlik (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. Sözü gözəl bir tərzdə söyləyin".

33-cü ayə: "Evlərinizdə qərar tutun (evlərinizi qərargah edin). İlkin, cahil cəmiyyətin dövründəki (qadınları kimi) kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allaha və rəsuluna itaət edin. Ey əhli-beyt!", yəni peyğəmbərimiz (s.ə.v)-in ailəsi, "Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi təmizləmək (pak) etmək istəyər!". O dövrdə bəzi axmaqlar peyğəmbərimiz (s.ə.v)-in xanımlarına qarşı hörmətsizlik etməyə, ədəbdə qüsur axtarmağa başlamışdılar. Ona görə də Allah bu ayələri endirdi.

35-ci ayə: "Şübhəsiz, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, könüldən (Allaha) itaət edən kişilər və könüldən (Allaha) itaət edən qadınlar, sadiq olan kişilər və sadiq olan qadınlar, səbir edən kişilər və səbir edən qadınlar, hörmətlə (Allahdan) qorxan kişilər və hörmətlə (Allahdan) qorxan qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və (Allahı çox) zikr edən qadınlar; (məhz) bunlar üçün Allah bir bağışlanma və böyük bir mükafat hazırlamışdır". Allah bu ayədə mömin kişilərin və mömin qadınların necə olması lazım olduğunu çox mükəmməl şəkildə açıqlayır, maşaAllah, əlhəmdülillah.

 

Önerilen