Tövbə surəsi, 65, 70, 67, 57-60-cı ayələrinin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 7 sentyabr, 2013-cü il tarixli söhbətindən Tövbə surəsi ilə əlaqədar şərhləri.

ADNANOKTAR: Allah Tövbə surəsi, 65-ci ayədə belə buyurur, şeytandan Allaha sığınıram: "Onlardan (nə üçün istehza etdiklərini) soruşsan, deyərlər: “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!” De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz?" Məsələn, azğınlar, təəssübkeşlər əsasən müsəlmanlığa, cənnətə, cəhənnəmə lağ edərlər. Yəni, başqa heç bir şeyə lağ etməzlər, zarafat etməzlər. Bu qədər anormallıq mən görmədim. Cənnətlə, cəhənnəmlə, mələklərlə, Cəbrayılla onunla əlaqədar zarafatlar edərlər. Get atanla, yoldaşlarınla əlaqədar zarafatlar et. Elə deyilmi? Onu etmir, ancaq dinlə əlaqədar zarafatlar edir, lağ edir. Onları tez-tez xəbərdar etmək lazımdır. Bu çox çirkin bir şeydir və belə şeylər bəzi ziyalı dəstəsində də olur. Başqa nə deyək onlara? Özünü müəllim zənn edən kəslər deyək. "Məgər onlara özlərindən əvvəlkilərin-Nuh, Ad və Səmud camaatının, İbrahim qövmünün, Mədyən əhalisinin və alt-üst edilmiş kəndin (Lut tayfasının) xəbərləri gəlib çatmadırmı?..." Allah, dünyanın hər yerini bir-birinə qatır. Məsələn, indi Suriya, başqa vaxt İraq, o qövm ona layiq olduğuna görə başlarına  bu bəlalar gəlir. Bir qövm bəlaya layiq olmasa başına bəla gəlməz. Nə islamı təbliğ edirlər, nə dini yayırlar, dünyaya dalıblar. Ancaq qoyasan evlənsin, uşaq-muşağı olsun. Onları da yenidən evləndirsin, sonra nəvələri evləndirsin, yəni nəslini artırsın, törəsin. Qardaşım sən hamam böcəyisən yoxsa insansan? Sənin Allaha, dinə, Kitaba xidmətin haradadır? Vətənə, millətə, dövlətə, bayrağa xidmətin haradadır? Heç bir şey onları maraqlandırmır. Əsas odur ki, kefi, zövqü, dünyası yerində olsun. Məsələn, gedir bir gənc görür. Aldatdığını zənn edir. Ömür boyu başına bəla olmağa hazırlanır və ya bir gənc qız görür onu aldatdığını zənn edir. Ya puluna tamah salır, ya da bir mənfəət əldə edir. Ya da ailəsindən bəziləri ona uyğun olur. Qan içən vampir kimi aldadar, oyun oynayar. Ya o uşağın ətinə dişini keçirəcək qanını sovurar, ya qızın ətinə dişini keçirəcək qanını sovurar. Belə bir ağıl, düşüncə olmaz, bunlar çox böyük bir vicdansızlıqdır. Biz dünyaya Allaha qul olmaq üçün gəlirik. Gözəl əxlaqı yaşamağa, vəfalı olmağa gəlirik. Allaha, Kitaba, dinə, vətənə, millətə xidmət etməyə gəlirik. Yəni künc dönməyə, tarakan kimi törəməyə deyil. Düzdür, insanın  uşağı ola bilər, amma bunu Allaha həsr etsə, Allah üçün böyütsə, Allaha adasa, Allah  üçün yaşasa daha yaxşı olar. Yoxsa bir mənası olmaz. Şeytandan Allaha sığınıram. "Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar (insanları) pis işlər görməyə vadar edər, yaxşı əməlləri qadağa qoyur və xəsislik edərlər." Yəni pislik edərlər. Münafiq pisliyi əmr edərkən necə əmr edir? Hələ anasından doğulmadan əmr edir. Bu ledün elmidir. "Yaxşı əməllərə qadağa qoyur", yəni, hələ anasından doğulmadan yaxşı əməllərə qadağa qoyar. "Xəsislik edərlər." Hələ anasından doğulmadan xəsislik göstərir. Amma başqasını yolmağa, soymağa çalışar, amma öz əli çox möhkəmdir (xəsisdir). "Onlar Allahı unutdular; O da onları unutdu. Həqiqətən, münafiqlər (Allahın itaətindən çıxmış) fasiqlərdir!"  Bax həmişə səbəb, Allahı unutmaqdır. "O da onları unutdu". Yəni Allah da onları unutdu. Əlbəttə ki, burada nəzərdə tutulan unutmaq deyil. Unudulmuş kimi çıxılmaz vəziyyətə düşərlər. Allah unudulmuş bir insana çevirir. Şeytandan Allaha sığınıram: "Əgər onlar bir sığınacaq və ya (gizlənmək üçün) mağara, yaxud girməyə hər hansı bir yer tapsaydılar, tələsik ora üz tutardılar."  Ayə, məhz bir yerə bəla olmalarına, yəni zəli və gənə kimi xüsusiyyətlərinə diqqət çəkir. "Əgər onlar bir sığınacaq və ya (gizlənmək üçün) mağara, yaxud girməyə hər hansı bir yer tapsaydılar." Yəni, "hər hansı bir yer." Birinin üzərinə yapışsalar "tələsik ora üz tutarlar", yəni zəngindirsə, imkanı varsa, yemək-içmək olan bir yer varsa, ora gedər onun başına bəla olar. "Onlardan (münafiqlərdən) sədəqələr (onların bölünməsi) barəsində sənə eyib tutanlar da var. Əgər (sədəqədən) onlara bir şey verilsə, razı qalar", yəni ona bir yaxşılıq etsən, sırf sədəqə deyil, məsələn ev ola bilər, avtomobil ola bilər, evləndirmək ola bilər. Mütləq birini beyninə salır: "bu qızı istəyirəm" deyir. Olsa, məmnun olar. Olmasa bəla olar və yaxud cavanla evlənmək istəyir, rədd etsə onun da başına bəla olar. Və yaxud ev almaq istəyir, ala bilməyəndə onun da başına bəla olar "verilməsə, dərhal qəzəblənərlər."-deyilir ayədə. Yəni, əks halda ya vurar, ya yandırar, ya kin duyar, pislik edər, sui-qəsd etməyə çalışar. Allah Quranda məhz bu əxlaqsızlığa diqqət çəkir. "Əgər onlar, Allahın və elçisinin verdiklərinə məmnun olsaydılar", yəni Allaha təvəkkül etsəydilər, Allaha təslim olsaydılar, Allahın onlara qədərdə yaratdığı imkana qane olsaydılar və “bizə Allah yet

Category

🗞
Haberler

Önerilen