Muminun surəsi, 1-6-cı ayələrinin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 16 sentyabr, 2013-cü il tarixli söhbətindən Muminun surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Rəhman Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram: "Həqiqətən möminlər nicat tapmışlar." Həm dünyada, həm axirətdə nicat taparlar. "Onlar namazlarında huşu içində olanlardır." Huşu dedikdə, özünü itirmək demək deyil. Huşu, səmimiyyətdir. Yəni, Allahla səmimi əlaqə, açıq şüurla, eşqlə Allahı sevməkdir. Huşu budur. Yoxsa filmlərdə gördüyünüz kimi özünü itirərək dalmaq, qərq olmaq deyil. Narahat olmadan, hüzur içərisində namaz qılmaqdır. Huşunu pozacaq şeylər olmamalıdır. Düzdür, arada adam səhv edə bilər, insanlıq halı, mümkün olduğu dərəcədə rahat və səmimi şəkildə namaz qılmaq lazımdır. Ayədə "onlar tamamilə boş şeylərdən üz çevirənlərdir." Deyilir. Yəni, nə qədər boş şey varsa tamamilə hamısından üz çevirərlər. Çünki vaxt azdır, zaman qısadır, boş şeylərlə niyə məşğul olaq? Ona görə ayənin ifadəsi çox qiymətlidir. "Onlar tamamilə boş şeylərdən üz çevirəndir." Məsələn, bəziləri oturar boş xarici, türk seriallara baxır. Bir hikmət gözüylə bax, bunun bir şərhi ola bilər. Amma saatlarla dörd, beş saat vaxt keçirmənin nə xeyri var? Bəziləri gedir poker oynamaqla, nərd oynamaqla vaxt keçirdir. Vaxt çox qiymətlidir. Vaxt qızıldan da qiymətli və əhəmiyyətlidir. Bütün gücünlə vaxtını istifadə etməlisən. Ümumi mədəniyyətini artır, məlumatı artır, get insanlara kömək et, ətrafını təmizlə, özünü keyfiyyətli hala gətir. Estetikaya, sənətə, elmə dəyər ver, əhəmiyyət ver. "O kəslərdir ki, zəkat verirlər." Yəni comərd, Allah yolunda xərcləyən. "O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyarlar." Yəni, qeyri-qanuni cinsi əlaqəyə girməyənlərdir. "Ancaq zövcələri və cariyələri istisna olmaqla" Yəni arvadı, cariyəsi, özünü hibə (hədiyyə) etmiş olan qadınlar müstəsnadır. "Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar." Allah bunu halal buyurub. Bu bir gözəllikdir, hörmətdən salıcı şey deyil. Ancaq halalı olmayan biri ilə cinsi əlaqə qurmaq çirkinlikdir, hörmətdən salıcıdır.

 

Önerilen