Səba surəsi, 14, 18, 12-ci ayələrin təfsiri

  • 9 yıl önce
Hörmətli Adnan Oktarın 3 mart 2013-cü il tarixli söhbətindən Səba surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, Səba surəsi 14: “(Süleymanın) ölümünə hökm verdiyimiz zaman onun öldüyünü (cinlərə) ancaq onun əsasını yeyən bir ağac qurdu göstərdi." Bunun da bir hikməti var, bunu da sonra açıqlayacağıq, inşaAllah.

18-ci ayə: "Oralarda gecələri və gündüzləri arxayın gəzib, dolaşın, dedik"-deyir Allah. Bu ayənin əbcədi 2023-cü il tarixi verir. Hökumət də eyni şeyi deyir, maşaAllah. İslamın dünya hakimiyyətidir, inşaAllah. "Oralarda gecələri və gündüzləri arxayın gəzib, dolaşın." deyir Allah. Bu nə vaxt olacaq? Axırzaman, hz. Mehdi (ə.s) dövründə olacaq. Peyğəmbər (s.ə.v) hədislərdə, hz. Mehdi (ə.s) dövründə olacağını bildirib. "Arxayınlıqla qadınlar da, kişilər də rahat-rahat gəzəcəklər"-deyir. Əbcədi 2023-cü ili verir.

12-ci ayə: "Səhər bir aylıq məsafəni qət edən, günortadan sonra (yenə) bir aylıq məsafəni qət