Leyl surəsi, 1-2-ci ayələrin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 24 may 2013-ci il tarixli söhbətindən Leyl surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Bax, günəş heç cür batmır maşaAllah. Bax, Duha surəsində deyilir. “And olsun səhərə” (əd-Duha surəsi, 1) “And olsun sakitləşən gecəyə” (əd-Duha surəsi, 2)

Bax, Leyl surəsində deyilir. Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. “And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə” (Leyl surəsi, 1) “And olsun günəşin çıxması ilə aydınlaşan gündüzə” (Leyl surəsi, 2). Biri mehdiliyə, digəri isə dəccaliyyətə işarə edir. Həmişə günəş və onun doğuşundan danışılır. Bir də bax, həmişə son surələrdə danışılır. Bax, Şəms surəsində də danışılır. Bunlar Quranın son surələridir və artıq onun nazil olması bitmək üzrədir. Bax İnşirah surəsi, Tin surəsi, Ələq surəsi, bunlar həmişə mehdilik və dəccaliyyətə işarə edir. Məsələn, Ələq surəsi birbaşa dəccaliyyətdən bəhs edir.

 

Category

🗞
Haberler

Önerilen