Duha surəsi, 1-11-ci ayələrin təfsiri

  • 11 yıl önce
Adnan Oktar: Zuha surəsi. Şeytandan Allaha sığınaram. 93-cü surə. Rəhman və Rəhim olan Allahın adıyla. "And olsun səhərə!" yəni daha günəş doğulmadan əvvəlki ilk mühit. Eyni zamanda bu ayə Mehdi (ə.s) hələ ortaya çıxmadan ilk işıqlanmalar, işıqların olduğu mühitə baxar. "And olsun qaranlığın yaxşıca çökdüyü gecəyə!" Quran burada həm də dəccaliyyətin hər tərəfi örtdüyü, küfrün, tüğyan və dəlalətin qaranlığının yaxşıca çökdüyü zaman gecəyə işarə edir. "Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu". Peyğəmbər Əfəndimiz (s.ə.v) bir ara vəhy kəsilincə Allahın onu tərk etməsindən və ya acıqlanmasından şübhə etmiş ola bilər. Ona görə Allah bu surəni endirir. Bu surədəki bu açıqlamanı endirir, Cənabı Allah. "Şübhəsiz sənin üçün son olan, ilk olandan daha xeyirlidir", bax "sənin üçün son olan, ilk olandan daha xeyirlidir". İlk olaraq zahiri mənası "axirət dünyadan daha xeyirlidir" mənasını verir. Axirət dünyadan daha xeyirlidir. İkinci mənası "Şübhəsiz sənin üçün son olan, ilk olandan daha xeyirlidir". Axır zamana baxdığını nəzərə alsaq, son olan, son gələn Mehdi (ə.s) və Məsihiyyətdir. Hz. Məsih (ə.s)-ın gəlişidir. "İlk olandan," ilk olan nədir? Dəccaliyyət, tüğyan və çətinliklər və yaxud Osmanlı dövrü də desək, Osmanlı dövrü yəni, İslamın hakimiyyət dövrü Osmanlı dövründən daha böyük və daha xeyirli, daha əhatəlidir. İnşaAllah. Ola bilər ki, buna baxır. "Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan". Bu ayənin əbcədi onsuz da 2009 tarixini verir. Tam olaraq 2009. "Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək" yəni dünya hakimiyyətini, İttihadı İslamı, Türk-İslam Birliyini, fərahlığı, ictimai ədaləti, zənginliyi nəsib edəcək. "Sən də razı qalacaqsan". Yəni Mehdi (ə.s)-a xitab olaraq olsa Mehdi (ə.s)-ın bundan razı qalacağı, Allaha qarşı sevgisinin, məhəbbətinin qat-qat artacağı aşkar olur. "Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi?" Bu ayə Peyğəmbərimiz (s.ə.v)-ə baxır. Mehdi (ə.s) da yetimdir. Peyğəmbərimiz (s.ə.v) yetim idi Cənabı Allah onu saxladı. Axır zamana baxan cəhəti ilə, "Mehdi (ə.s) yetim ikən, səni qoruyub sığınacaq vermədimi?" Allah onu qoruyur, Mehdi (ə.s)-a güc verir. "Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi?" Peyğəmbər Əfəndimizin (s.ə.v) zamanında haqq din olmadığı üçün Peyğəmbərimiz (s.ə.v) Hz. İbrahim (ə.s)-ın təhrif olunmuş dini ilə yaşayırdı. Yəni bir şəriət yox idi. Oturaqlı bir din yox idi. "Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi?" Və sonra ona, Peyğəmbərimiz (s.ə.v)-ə Quranı endirdi və haqq din yaşanmağa başlandı. Axır zamana baxan cəhəti isə, "Səni çaşqın olduğun halda", Mehdi (ə.s)-a Allah bir gecədə xüsusi hallar verir. "Allah onu bir gecədə islah edər" -deyir. Daha əvvəl Mehdi (ə.s)-ın çaşqın olduğu yəni, tam mənasıyla amma tam doğru yol mənasında o yolu, doğru yolu bilmədiyini anlayırıq. Çünki sonradan hidayət edildiyi aydın olur. Allahın xüsusi hidayətinə məzhər olan mənasında onsuz da Mehdi (ə.s)-a Allahın bir gün xüsusi hidayət verdiyi aydın olur. İnşaAllah. "doğru yola yönəltmədimi?" Yəni İslamın hakimiyyəti, İttihadı İslama, Türk-İslam Birliyinə, Quranın doğruluğuna, Quranın hakimiyyətinə səni yönəltmədimi? Mənasını verir, inşaAllah. "Kasıb olduğun zaman səni varlandırmadımı?" Peyğəmbər Əfəndimiz (s.ə.v) başlanğıcda yoxsul idi. Lakin Cənabı Allah onu sonra zəngin etdi. Bu Peyğəmbərimiz (s.ə.v) kasıb idi deyənlərə də cavabdır. Deyirlər: "Qarınına daş bağlayardı, aclıqdan qıvrılardı", səhabələrdə onu seyr edərmiş Peyğəmbərimiz (s.ə.v)-in aclıqdan qıvrılmasını. Yəni yemək verməzlərmiş Peyğəmbərimiz (s.ə.v)-ə, o qədər pərişan olarmış. Bu çox böyük tərbiyəsizlik və vicdansızlıqdır. Hansı səhabə Peyğəmbərimiz (s.ə.v)-in aclıqdan qıvrılmasına icazə verər? Qarınına daş bağlayıb qıvrılmasını bir səhabə qəbul edərmi? Özləri yağ, bal, ət yeyəcəklər Peyğəmbərimiz (s.ə.v) də qarınına daş bağlayıb qıvrılacaq. Bu səhabələrə böhtandır və çox böyük bir əxlaqsızlıqdır, vicdansızlıqdır.  "Kasıb olduğun zaman səni varlandırmadımı?" Demək ki, Peyğəmbərimiz (s.ə.v) zəngin idi. Mehdi (ə.s) necə olacaq? Mehdi (ə.s) də başlanğıcda yoxsul ikən, sonra Allah onu zəngin edəcək və dünya hakimi edəcək. "Elə isə əsla yetimə xor baxma!" Müsəlmanlıq, İslam, İttihadı İslam hakim olduqda yetimlər, əzilənlər, ahıllar, qadınlar, uşaqlar tam bir qoruma altında olacaqlar. Yetimin təmsil etdiyi nədir? Eyni zamanda qorunmağa möhtac insanlar mənasını verir. Heç bir şəkildə kədər, ağrı-acı, aclıq, çətinlik dadmayacaqlar, inşaAllah. "Səndən kömək istəyib dilənəni danlayıb pərt etmə!" Axır zamanda nə olacaq? Dilənən qalmayacaq onsuz da. "Danlayıb qovma". Müsəlmanlar bir-birlərini danlamayacaqlar. Demək ki, müsəlmanların çəkinməli olduqları bir şey danlamaq və pərt etməkdir. Danlamaq çox təxribat törədər. Məsələn, danlan