Nəhl surəsi, 97-ci ayəsinin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Müəllimim, bir ayə ilə başlayaq.

QONAQ: İnşaAllah müəllimim. Qovulmuş şeytandan Allaha sığınıram. "97-ci ayə: Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik". (Nəhl surəsi, 97)

ADNAN OKTAR: Bu ayə möcüzə ayədir, gözlə görülən, əllə tutulan bir möcüzədir. Allah bir insanın səmimi olduğu halda pis həyat yaşaması mümkün olmadığını deyir. "Həqiqətən, yüzdə yüz səmimidirsə, mütləq gözəl həyat yaşadaram" deyir. Dəqiq möcüzə deyilmi? Bu əllə tutulan bir şeydir. Adam səmimidirsə mütləq gözəl həyat yaşayar. Bu, Quranın gizli möcüzələrindən bir dənəsidir. Hər yaxşı insan həmişə gözəl yaşayar. Amma həqiqətən səmimi olmalıdır, yarımçıq, kənardan deyil. Çünki hər insan özünü səmimi zənn edər, "mən çox səmimiyəm" deyər, halbuki, bir çox insan səmimiyyətsizdir, belə olmaz. Səmimi olmaq tamam başqa bir hadisədir, xüsusi bir gücdür, xüsusi bir dayanıqlılıqdır. Xüsusi diqqət istəyər. Böyük bir iradə tələb edir. Məsələn, indi mən danışıram, mən danışarkən "necədə ağıllı danışıram, necədə məqsədəuyğun danışıram" desəm bu şirk olar (Allaha şərik qoşmuş olaram), səmimiyyətsizlik olar. Çox pis bir üslub olar, səhv bir üslub olar. Çünki məni danışdıran Allahdır.