Nur surəsi, 55-ci ayəsinin təfsiri

  • 11 yıl önce
ADNAN OKTAR: Nur surəsinin 55-ci ayəsi mehdiyyəti izah edir.

ALTUĞ BERKER: Şeytandan Allaha sığınıram. "Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi …"

ADNAN OKTAR: "Özlərindən əvvəlkiləri varislər etdiyi kimi", Ya Rəbbim, biz bunun nə olduğunu öyrənmək istəyirik deyirik. Allah Təala da deyir ki, aç Quranı bax. Quranda cavab yoxdur? Biz haradan öyrənə bilərik, başqa haradan biləcəyik? Daha əvvəlkilər haqqında məlumatı haradan öyrənə bilərik? Saf və həqiqi məlumatları Qurandan öyrənə bilərik. Quranı açarkən iki dünya hakimiyyəti görürük. Biri Süleyman (ə.s), digəri Zülqərneyn (ə.s)-dır. İkisi də dünya hakimi olmuşlar. Quranda hakimiyyətdən necə bəhs olunur? Siyasi, ictimai, iqtisadi, siyasi, istiqamətdə hakim olmuş, qorxu aradan götürülmüş, din Allahın olmuş, fitnə yer üzündən qalxmışdır. Texnologiya, sənət, elm hamısı Allahın olmuşdur. Allahın, İslamın, müsəlmanların əmrinə girmişdir. Onsuz da Allahın əmrindədir, müsəlmanların əmrinə girməsini vurğulamaq üçün söyləyirəm. Davam et.

ALTUĞ BERKER: "Onları da yer üzünün varisləri edəcək".

ADNAN OKTAR: Baxın "Onları da yer üzündə" yer üzü nə deməkdir? Dünya deməkdir. Allah  istisna verib müəyyən bir bölgə deyirmi? "Güc və iqtidar sahibi" iqtidar nə deməkdir? Allah ictimai, siyasi, hərbi, hər cəhətdən hakim olacaqsınız deyir.

ALTUĞ BERKER: "Möminlər üçün onların Özünün bəyəndiyi dinini (İslamı) möhkəmləndirəcək"

ADNAN OKTAR: İslam dinini, baxın, əvvəl məskunlaşdıracağam deyir. Allah sistemin yaradılacağını deyir. Hal-hazırda məskunlaşma varmı? Davam edən savaş halında deyilmi? Mərakeş, Tunis, Əlcəzair. Görürsünüz. Möhkəmlik yoxdur. İnsanlar sürünür, hər yer fəryad edir. Möhkəmlik olmadığı üçün hər yerdən fəryad gəlir. Möhkəmləndirmək nə deməkdir? Sevgi, şəfqət, mərhəmət, demokratiya, azadlıq, sülh, gözəlliklər hər yerdə özünə yer tutacaq. Bütün insanları qucaqlamaq lazımdır: dinsizi, imansızı, xristianı, yəhudini, canımız ələviləri, Bektaşiləri, mənim nur qardaşlarımı eşqlə qucaqlayacağıq,inşaAllah.

ALTUĞ BERKER: "Onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd etmişdir."

ADNAN OKTAR: Qorxu nədir? Anarxiya, terror, adamlar gecə yarısı qəfil evindən aparılır, qəsb, təcavüz edilir, öldürülür, asılıb-kəsilir, dininə, imanına, müqəddəsatına hücum edilir. İslama hücum etməyi müasirlik əlaməti hesab edirlər. Fransada Allaha, dinə təhqir edən adama mükafat verilir, haşa. Bütün İslam aləmi qaynayır: Şərqi Türkistan, Azərbaycan. Cübbəlinin bir sözü var, bütün İslam aləminə edilən zülmü ifadə edən sözdür və buna qarşılıq da mehdiliyin həll olduğunu söyləyir. Onu hazırlayın. Ayə bitincə onları izah edək, çünki qardaşımız Cübbəli müəllimimizin tələbəsiymiş. Öz müəlliminin dilindən eşitdirək. Cübbəlinin seks söhbətlərini deyil, bunları dinləməlidir. Baxın, bunlar unudulmuşdur. Adam çoxdandır, neçə illərdir söyləmir. Mən hər kəsə eşitdirərəm. Cübbəlini həqiqi cübbəli hala gətirdik. O özünü şübbəli etdi, biz isə cübbəli etməyə çalışırıq,inşaAllah.

 

Önerilen