Ənkəbut surəsi, 46-cı ayəsinin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: "İçlərində zülm edənləri istisna olmaqla, Kitab əhli ilə ən gözəl olan bir tərzdə mücadilə edin!" Cübbəliyə baxırıq, bizə tam fərqli bir şey deyir. İndi Cübbəliyə inanacağıq, ya Allaha? Təbii ki, Allaha inanacağıq."İçlərində zülm edənləri istisna olmaqla, Kitab əhli ilə ən gözəl olan bir tərzdə mücadilə edin. Və deyin ki: "Bizə və sizə endirilənə iman etdik." Qurana da, İncilə də iman etdik. "Bizim İlahımız da, sizin İlahınız da birdir və biz Ona təslim olmuşuq." Allah "Bunu söyləyin" deyir. İnsan "Allah birdir" deyəndə Allaha dostluğunu elan etmiş olur. Bu ayəni söylədim deyə, bu ayəni tətbiq etdim deyə adam məni mürtəd (müsəlman olduqdan sonra İslam dinindən çıxan) elan etdi. Mürtədin həyat haqqı yoxdur.Yəni adam mürtədin qətli vacibdir deyə fətva verir. Sanki bütün Türkiyənin fətva əmini kimi, padşah kimi öz aləmindədir, öz dünyasında qərar verir. Allah Təala isə belə deyir: "İçlərində zülm edənləri istisna olmaqla, Kitab əhli ilə ən gözəl olan bir tərzdə mücadilə edin!" Yəni xristian və yəhudilərlə. "Və deyin ki, bizə və sizə endirilənə iman etdik.” Yəni İncilə, Qurana, Tövrata iman etdik. "Bizim İlahımız da, sizin İlahınız da birdir". Eyni Allaha inanırıq. "Və biz Ona təslim olmuşuq". "Bunu söyləyin" deyir, "təbliğ edin" deyir. Adam bunun nəticəsində də "La ilahə illəllah" deyir və Qurandakı əmri yerinə yetirir. Bu nədir? Bu boş bir şey deyil. Allaha dostluğunu elan edir. Allah qəbul edər ya yox o ayrı məsələdir. Allahın bizim də ibadətlərimizi qəbul edib, etmədiyini bilmirik.

 

Category

🗞
Haberler

Önerilen