Ali-İmran surəsi, 191-ci ayəsinin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 11 sentyabr, 2013-cü il tarixli söhbətindən Ali-İmran surəsi ilə əlaqədar şərhləri.

GÜLŞAH GÜÇYETMEZ: Şeytandan Allaha sığınıram: "O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!."

ADNAN OKTAR: "Göylərin və yerin yaradılışı haqqında."-deyilir ayədə. Hansı elm sahələri buna aiddir? Astronomiya, coğrafiya, paleontologiya, arxeologiyadır. Allah bütün elm sahələrini araşdırmağı fərz etmiş. Necə araşdırmaq lazımdır? Quranda nəzərdə tutulan dərin və əhatəli araşdırmaq lazımdır, səthi araşdırma deyil. Bu, Allahın sənətini dərk etməyə, tanımaq üçün buyrulan bir əmrdir. "Göylərin və yerin." Yerdə heyvanlar, bitkilər, mikroblar, bakteriyalar hər şey araşdırılmalıdır. Göydə də, meteoritlər daxil olmaqla hər şey araşdırılmalıdır. Yerin quruluşu araşdırılmalıdır. Allah bunu müsəlmanlara fərz etmiş. Elmin fərz olduğunu yüzlərlə ayədən anlayırıq.

Önerilen