Ənam surəsi 74-83, 86, 88, 90-91, 99, 101-ci ayələrin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Ənam surəsi, 74-cü ayə, şeytandan Allaha sığınıram. “Bir zaman İbrahim atası Azərə (belə) demişdi: "Sən bütləri tanrılarmı qəbul edirsən?” Azərin atası darvinist və materialist idi. O zamanın azğın dinini müdafiə edirdi. "Doğrusu, mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm. Beləcə, İbrahimə  inananlardan olması üçün " Yəni, dəqiq, dəlillərə əsaslanan, ağlının qəbul etdiyi, ürəyinin təsdiq etdiyi elmi məlumata sahib olması üçün "göylərin və yerin səltənətini göstərdik", yəni, iman həqiqətlərini göstərdik. Göydəki iman həqiqətlərinə nə ilə baxırıq? Biz indi teleskop vasitəsilə baxırıq, elə deyilmi? Kosmosdakı, səmadakı riyazi tarazlıq və mükəmməllik bizim Allaha olan imanımızı artırır. "Və yerin səltənətini göstərdik" Bizlər də fosilləri araşdırırıq, elə deyilmi? Biogenetik, kimyadaki, fizikadakı irəliləyişlər, atomun quruluşu və bütün elmdə olan imani hər cür mövzu bizim imanımızı artırır. Allah; "göylərin və yerin səltənətini göstərdik" deyir. Yəni, iman həqiqətlərinin əhəmiyyətinə diqqət çəkir. Hz. İbrahim (ə.s) yaşadığı dövrdə nə edib? İman həqiqətlərinin üstündə dayanıb, Allahın sənətini araşdırmış, Allahın dəlillərinə baxıb. Allahın sənətini araşdırmaq, dəlillərini kitab halına gətirmək, CD-lərlə televiziyalarda yayımlamaq da Axırzamanda müsəlmanların vəzifəsidir. Yəni, mehdiyyətin də vəzifəsidir. "Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: "Bu mənim Rəbbimdir!" dedi. (Ulduz) batdıqda isə: "Mən batanları sevmirəm", söylədi." Yəni, hz. İbrahim (ə.s) o inancla inkarçılara lağ edir. Çünki, ulduzu ilah hesab edənlər var idi. Ulduz batıb gedir. İnkarçlar isə ona; "ilah" deyir. Biz də nə edirik? Dəlil istifadə edirik. O dövrdə də hz. İbrahim (ə.s) dəlil istifadə edirdi. "Baxın ulduz batıb itdiyinə görə o ilah ola bilməz "deyir. "(Sonra) doğan ayı görüb: "Bu mənim Rəbbimdir!" - dedi. (Ay) batdıqda isə: "Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım", - söylədi.'' Yəni, onun da ilah olmayacağını gördüm deyir. "(Daha sonra) doğan günəşi görüb: "Bu mənim Rəbbimdir, bu, daha böyükdür!" - dedi. (Günəş) batdıqda isə dedi: "Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan (bütlərdən, səma cismlərindən) uzağam! " yəni, hz. İbrahim (ə.s) bunların hamısının uydurma olduğunu deyir. "Üzümü göyləri və yeri yaradana çevirdim (hər yeri yaradan Allaha çevirdim) və mən müşriklərdən deyiləm". Müşriklərə cavab verir. Yəni, bütün uydurma və xurafatların etibarsızlığını söyləyir. Amma o dövrdəki insanlar təbii ki, cahildirlər, onların anlayacağı dildə cavab verir. "Tayfası onunla mübahisəyə girişdi. Dedi ki: 'O məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz?". Yəni, Allahın varlığına birliyinə inanıram. Sizin şirk inancınıza, bütpərəst inancınıza inanmıram. "Rəbbimin istədiyi hər hansı bir şey (bəla, müsibət) istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. (Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi elmlə (Öz əzəli elmi ilə) ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?" yəni, bütün elm Allaha aiddir. Dünyadakı bütün elm sahələrini yaradan Allahdır və hər cür elm Allaha aiddir. "Məgər düşünüb ibrət almırsınız? " Allahın sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda" yəni, hər cür xurafatı. Hal–hazırda xurafatçıların (haqq dəlili inkar edənlərin) etdiyi nədir? Xurafat. Və yaxud "mənə vəhy gəldi"deyir. Bax, Allah nə deyir “Onun haqqında heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda” "Allaha ortaq qoşursunuz, şirk qoşursunuz" deyir. Allah belə bir şey demədiyi halda xurafat uydurursunuz, "mənə vəhy gəldi" deyir,elə deyilmi? Ayə bunlara işarə edir. "Mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam?" Niyə çəkinim, şirk olaraq inandıqlarınızdan niyə çəkinim, qorxum? deyir. “Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstədən hansı  (təhlükəsizlik içində olmaq baxımından) əmin olmağa daha layiqdir? İman gətirib imanlarını zülmlə qarışdırmayanlar". Qurana, Allaha iman edəndə. Yəni, Quranın kafiliyinə inanmağı lazımdır. Qurana xurafat əlavə edəndə "mənə vəhy gəlir" deyə, gedib azğınlara, manyak (dinsiz, Quranı kafi görməyən) adamlara qoşulsa, onlarla bir olsa, insan imanını zülmlə qarışdırmış olar."Əmin-amanlıqdadırlar." "Təhlükəsizlik, rahatlıq içində olarlar" deyir Allah. "Haqq yola yönəlmişlər də onlardır!" Hidayət nədir? Qurana tam tabe olmaq, Allahın kitabına tam uymaq, əlavə etməmək, xurafat uydurmamaq. "Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Həqiqətən, sən