Ənam surəsi, 133, 134, 135-ci ayələrin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Məsələn, Qurani-Kərimdən hər hansı bir səhifə açıram, Bismillahir-rəhmanir-rəhim. Qovulmuş şeytandan Allaha sığınıram. Allah Təala Ənam surəsi, 135-ci ayədə buyurur: "De: "Ey camaatım, əlinizdən gələni edin. Mən də (öz vəzifəmi) yerinə yetirirəm. Bu yurdun (dünyanın) sonu, kimindir, bilib-öyrənəcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!" Burada mövzu nədir? İmansızlıq. Buradakı problem nə şəriət, nə də təqva problemidir. Buradakı problem, imansızlıq problemidir. "Ey camaatım, əlinizdən gələni edin. Mən də (öz vəzifəmi) yerinə yetirirəm. Bu yurdun (dünyanın) sonu, kimindir, bilib-öyrənəcəksiniz". Əgər ayənin  zahir mənasına baxsaq "Bu yurdun (dünyanın) ) sonu", yəni axırzamanın aqibətinin. “kimindir...” hz. Mehdi (ə.s), hz.İsa Məsih (ə.s)-ındır. "Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!". Dəccaliyyət mütləq məğlub olacaq, iddia edilən Ərgənakon terror təşkilatının heç bir şəkildə qurtuluşu yoxdur, çünki zalımlar mütləq yox olacaqlar.

"Rəbbin heç bir şeyə (heç bir bəndənin ibadətinə) möhtac deyildir, mərhəmət sahibidir. İstəsə, sizi başqa bir qövmün nəslindən (zürriyyətindən) gətirdiyi kimi, sizi də məhv edib yerinizə bir başqasını gətirər". (Ənam surəsi, 133)

Məsələn, o dövrdə İslamı ən yaxşı qoruyanlar ərəb qardaşlarımız idi. Sonra bu vəzifə türklərə keçdi. Allah Təala nə deyir? "Yerinizə bir başqasını gətirər". Yəni başqa bir qövm. Türk qövmü gəldi, inşaAllah.

"Sizə vəd edilən, şübhəsiz ki, gələcəkdir. Siz onun qarşısını ala bilməzsiniz!" (Ənam surəsi, 134)

"Sizə vəd edilən mütləq gələcəkdir". Nə vəd edilir? Hz.Mehdi (ə.s), hz.İsa (ə.s). Bu ayə həm qiyamətə işarə edir, həm dünya hakimiyyətinə, həm də hz.Mehdi (ə.s)-a, hz.İsa (ə.s)-a işarə edir, inşaAllah. Bax, "Ey camaatım, əlinizdən gələni edin. Mən də (öz vəzifəmi) yerinə yetirirəm". Biz də darvinistlərə: "əlinizdən gələni edin. Mən də (öz vəzifəmi) yerinə yetirirəm" deyirik. "Bu yurdun (dünyanın) sonu, kimindir, bilib-öyrənəcəksiniz". Onlar: "kommunistlərin olacaq" deyirlər. Xeyr, müsəlmanların, mehdiyyətin olacaq. "Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!". Bütün dəccallar gedəcək, yalnız haqq və həqiqət dünyaya hakim olacaq.