Ənam surəsi, 134, 135-ci ayələrinin təfsiri

  • 11 yıl önce
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram.134-cü ayə: "Sizə vəd edilən, şübhəsiz ki, gələcəkdir. Siz onun qarşısını ala bilməzsiniz!" Müsəlmanlara vəd edilən nədir? Mehdi (ə.s), hz. İsa (ə.s), qiyamət. Allah vədindən heç vaxt dönməz, inşaAllah.

135-ci ayə: "De ki: "Ey camaatım, əlinizdən gələni edin. Mən də (öz vəzifəmi) yerinə yetirirəm." Hər peyğəmbər, hər mehdi gəldiyində qövmündəki saxtakarlar, alçaqlar hücum ediblər, zülm ediblər, böhtanlar atıblar, təzyiq ediblər, maneə olmağa çalışmışlar. Ayə bu xüsusiyyətə diqqət çəkir.

Şeytandan Allaha sığınıram: "De ki: "Ey camaatım, əlinizdən gələni edin. Mən də (öz vəzifəmi) yerinə yetirirəm. Axirət yurdunun (gözəl) aqibətinin kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!"

"Axirət yurdunun (gözəl) aqibətinin kimə nəsib olacağını biləcəksiniz." Əbcədi 1993-cü il tarixini verir. MaşaAllah.

 

 

Önerilen