Kəhf surəsi, 65-86-cı ayələrin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: 65-ci ayə: "Qatımızdan mərhəmət (peyğəmbərlik və vəhy, yaxud ilham və kəramət) əta etdiyimiz və Öz tərəfimizdən elm (qeybə dair bəzi biliklər) öyrətdiyimiz bəndələrimizdən birini (Xızırı) tapdılar". Filan şəxs ledün elmi bilir deyə bilmərik. Ledün elminin bənzərini bilər, yəni onu xatırladar. Ledün elmi üçün vəhy lazımdır. Ledün elmi hər hansı bir adamın biləcəyi bir şey deyil. Çünki ledün elmi üçün qeybdən xəbər alınması da lazımdır. Allah bildirəcək, elə olmaz. 66-cı ayə: "Musa ondan soruşdu: "Doğru yol olaraq sənə öyrədiləndən..." kim öyrədir? Allah vəhylə öyrədir. "Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe ola bilərəmmi?". 67-ci ayə: "Sən mənimlə bir yerdə olmaq üçün səbir göstərməyə gücün çatmaz". Hz.Xızır (ə.s) bu işdə ona dözə bilməyəcəyini haradan bilir? Qeybi bildiyi üçün belə söyləyir. Bu da ledüni bir məlumatdır. Yoxsa bilməz. Qeybi bildiyi üçün dəqiq bilir. 68-ci ayə: "Axı sən bilmədiyin (batininə, mahiyyətinə bələd olmadığın) bir şeyə necə dözə bilərsən? " Deməli, məlumatlı olmaq əhəmiyyətlidir. Hz.Mehdi (ə.s)-da hadisə necədir? Köklü məlumatdır. Zülqərneyndə mövzu nədir? Köklü məlumatdır. "Bilmədiyin (batininə, mahiyyətinə bələd olmadığın) bir şeyə necə dözə bilərsən?". Bilirsiniz insanlar səbir etməkdə çətinlik çəkirlər, insanlar üçün səbirli olmaq çətin gəlir. Baxın, “inşaAllah”. Bizə deyirlər ki, “niyə inşaAllah deyirsiniz?”, baxın, peyğəmbər söyləyir. 69-cu ayə: "(Musa) dedi: "İnşallah, səbirli olduğumu görəcəksən". Bax, peyğəmbər söyləyir" Allahın izni ilə" deyir. "İnşaAllah səbirli olduğumu görəcəksən". Peyğəmbər üslubudur. "Sənin heç bir əmrindən çıxmayacağam!" Bəziləri vardır, "buna uyaram buna uymaram" deyir. Bax, istisna qoymur. Deyir ki, "Sənin heç bir əmrindən çıxmayacağam!”, imama bu cür tabe olunar. Hz.Mehdi (ə.s)-a da bu şəkildə tabe olunacaq. Heç bir işdə əmrindən çıxmaq yoxdur. Peyğəmbərimiz (s.ə.v)-də də bu şəkildə idi. 70-ci ayə: "Dedi ki: "Əgər mənə tabe olsan," şərtini söyləyir, "heç bir şey haqqında soruşma". Yəni mən sənə izah edib danışana qədər o niyə oldu, bu niyə belə oldu deyə sual vermə. Mən sənə lazım olsa açıqlayaram, hər şeyin hikmətini söyləyərəm, deyir. "Bunu niyə etdin?", "Bunu niyə belə söylədin, bu niyə belə oldu?" Belə olmaz. Güvən, inam olmalıdır. Hüsnü-zənn etmək, hər hadisəni xeyirə yozmaq lazımdır. "Xeyirə yoza bilmirəm" desən, o zaman doğru yolda olmazsan. 71-ci ayə: "Bundan sonra onlar durub yola düşdülər". Təbliğdə ən təsirli üsul təkbətək izahatdır. "Gəmiyə mindikləri zaman (Xızır) onu deşdi". Deməli, hz.Xızır (ə.s) xalqın bildiyi kimi hər zaman kasıblara kömək edən, yaxşılıq edən biri deyil. Gəmini deşdi, orada adam öldürdü. “Hz. Musa (ə.s) dedi: "Sən gəmidə olanları suya qərq etmək üçünmü gəmini deşdin? And olsun, olduqca çirkin bir iş gördün” .  Baxın and içir. Amma “harama girdin, günaha girdin” demir, “olduqca çirkin bir iş gördün” deyir. Musa (ə.s) etiraz etməyəcəyinə, səbir edəcəyinə söz vermişdi, nə oldu bəs? "Sən gəmidə olanları suya qərq etmək üçünmü gəmini deşdin?" deyir. Bu olduqca ağır bir günahlandırmadır. Məlumdur ki, hz.Xızır (ə.s) gəmini kasıb-füqəra adamları batırmaq üçün deşmədi. Hz.Musa (ə.s) çox həyəcanlıdır, yerində dayana bilmir. Çox şirin peyğəmbərdir. 72-ci ayə: "(Xızır) belə cavab verdi: "Sənə demədimmi ki, mənimlə bir yerdə olanda (görəcəyim işlərə) əsla dözə bilməzsən?". Çünki məlumatı vəhylə alıb. 73-cü ayə: "(Musa) dedi: "Unutduğum bir şeyə görə məni danlama". “Unutdum” deyir. Mənə bunu unutduran Allahdır. "və məni öz işimdə (sənə tabe olmaqda) çətinliyə salma! dedi". Yəni özünün artıq heç bir şey soruşmayacağını zənn edir. 74-cü ayə: "Beləliklə ikisi yola düşdülər, bir oğlan uşağı ilə rastlaşdıqda (Xızır) dərhal onu öldürdü". Baxın durduğu yerdə adam öldürür, hikmətə görə, vəhyə əsaslanaraq. "(Musa) dedi: "(Heç bir günah iş tutmayan, buna görə də qisasa layiq olmayan) pak (məsum) bir canamı qıydın?" Yəni hz.Xızır (ə.s)-a “cinayətmi işlədin?” deyir. Yenə də hz.Xızır (ə.s)-ı günahlandırır. "And olsun, sən pis bir iş etdin" deyir. “Bu səfər də pis iş gördün” deyir. 75-ci ayə: "(Xızır) yenə belə cavab verdi: "Sənə demədimmi ki, mənimlə birlikdə olarkən (edəcəyim əməllərə) əsla dözə bilməzsən?" deyir. Vəhylə bildirildiyi üçün belə cavab verir. 76-cı ayə: "(Musa:) “Bundan sonra sənə bir şey soruşacaq olsam, artıq mənimlə yoldaşlıq etmə". "Qəbul edirəm. İradəli olacam, bir şey söyləməyəcəyəm. Sən artıq məndən ötəri üzülürsən" dedi. 77-ci ayə: "Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan yeməyə bir