Mömin surəsi, 55, 57, 49-52, 65, 60-61-ci ayələrin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 5 Avqust 2013-cü il tarixli söhbətindən Mömin surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Mömin surəsi, 55-ci ayədə deyir: "Sən səbir et. Həqiqətən Allahın vədi haqdır." Həmişə Allahın vədinə güvənmək lazımdır. Allah: "İslam Birliyi quracağam" deyirsə, demək ki, haqdır, gözləyirik. Mehdisi mövzusunda vədi haqdır. "Günahın üçün bağışlama dilə", yəni üzr istə. Onda bərəkət var, gözəllik var. Allah bütün müsəlmanların, hamımızın günahlarını bağışlasın. "Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et!" Əlhəmdülillah, əlhəmdülillah, əlhəmdülillah. Hər vaxt Allaha həmd edirik. Nə gözəldir, sağlamlıq, səhhət verir, gözəllik, yaxşılıq, bərəkət verir. Əslində kompleks bir şey yoxdur. Allah: "Mənə həmd edin, dost olun, gözəl yaşayın" deyir. Amma qədərdə (taledə) döyüşlər də var. Çünki döyüş olmazsa, insanlar sülhün ləzzətini almaz.

Şeytandan Allaha sığınıram. Allah Mömin surəsi, 57-ci ayədə deyir: "Əlbəttə göylərin və yerin yaradılması, insanların yaradılmasından daha böyükdür. Ancaq insanların çoxu bilməzlər." Allah: "İnsan yaradılışı çox asandır" deyir. İnsanlar deyir: "Necə oldu?" deyir. Allah: "Mənim üçün çox asandır" deyir. Məsələn, bir neçə layları olan aynaya baxırlar, güzgü bir neçə lay olduğuna görə orada bir anda yüzlərlə insan meydana gəlir. Allah istəsə, onlara dərhal ruh verib canlı hala gətirər.

"(Cəhənnəm gözətçiləri) deyəcəklər: “Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar möcüzələr gətirməmişdilər?” Məsələn, indi onlardan hz. Mehdi (ə.s)-ı soruşacaq: "Darvinizmin, materializmin etibarsızlığını sizə izah etmədimi? İzah etdi, eşitdiniz. Hər yerdə oxudunuz, araşdırdınız. Allahın varlığının dəlillərini də gördünüz. Yaxşı, inanmışdınız?" Onlar: "Bəli inanmışdıq." deyəcəklər. "Bəs  nə üçün qəbul etmədiniz?" "Qürurdan, eqoistlikdən." "Bu qürurunuz nə qədər davam etdi?" "İllərlə davam etdi." Bu bir günahdır. "Onlar: “Bəli (gətirmişdilər)!” – deyə cavab verəcəklər. (Cəhənnəm gözətçiləri onlara:) “Elə isə özünüz dua edin!” – deyəcəklər." Onlar gözətçilərə: "Bizim üçün dua edin" deyirlər. "Kafirlərin yalvarması isə boş şeydir."

Şeytandan Allaha sığınıram. "Odda olanlar Cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə yalvarın ki," Baxın, Rəbbinizə. Rəbbimizə demir "Rəbbinizə dua edin ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!" Yəni əzab olmadığı bir gün olsun. Məsələn, "həftədə bir gün istirahət edək" deyirlər. Əzab olmadığı bir gün istəyirlər.

"(Gözətçilər:) (Mələklər) deyəcəklər: “Məgər elçiləriniz açıq-aydın dəlillər gətirməmişdilər?” Onlar: “Əlbəttə (gətirmişdilər)!”– deyəcəklər. (Mələklər) (də:) “Elə isə özünüz yalvarın!”– deyəcəklər." Adi halda özü dua etməlidir. "Kafirlərin yalvarması isə boş şeydir." Bax, orada da kafirlik edir. Artıq ağlın ixtiyarı qalxıb, cənnət, cəhənnəm, amma hələ də kafirdir. Orada bir şey edildiyini zənn edir və orada müvəqqəti olduğuna inanır. Məsələn, bir milyon il keçir amma yenə də nə vaxtsa cəhənnəmdən çıxacağını zənn edir. Allaha dua etmir, bax, "Rəbbinə dua et" deyir. Azğınlığa bax, xüsusi yaradılmış varlıqlardır.

"Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik." Yəni dünyada da, axirətdə də kömək edəcəyik deyir. Məsələn, möminlər axirətdə: "Biz nə edərik, görəsən?" deyə düşünər. Allah deyir ki, bax: "Yanında şahid var." Onun köməkçisi var.  Xüsusi sürücüləri var, önlərində, sağında nur var və onlar həmişə təhlükəsizlikdədirlər və onlara "salam" sözü deyilər. Amma buna baxmayaraq içlərində yenə bir narahatçılıq var, görəsən nə olacaq deyə düşünərlər. "Var güclə ümid edərlər", amma əmin deyillər bax, "var güclə ümid edərlər" deyir. Cənnətə girdikdə içi fərahlanır. İnsan fitrəti orada da o şeyini davam etdirir. Cənnətə girdikdə tam əmin olur, içi fərahlanır. Amma əvvəlcə ümid edir. Halbuki, əlamətlər var. Müəyyən cənnət əlamətləri meydana gəlib, yəni sağında, qarşısında nur var, cənnətlə müjdələyən gözətçi var. Amma buna baxmayaraq var güclə ümid edir, inşaAllah. Allah əsirgəsin, əksinə də ola bilərdi. Allah elə bir şey yaradır.

"O gün zalımlara üzr istəməyi heç bir fayda verməyəcəkdir. Onları həm lənət, həm də pis yurd gözləyir."  Bax, zalımlara. Zalımlıq edir, adam da: "dinsiz olmaqda nə var?" deyir. Dinsiz olmaqla kifayətlənmir, bununla yanaşı zalım olur. "... bəhanələrinin heç bir fayda verməyəcəyi gün;" insanlar necə ki, bu dünyada bəhanələr uyduraraq razı salmağa çalışırlar, orada da elə, razı salacağını, bəhanələrinin keçəcəyini zənn edir. Allah: "Heç bir bəhanə fayda verməz.&