Hud surəsi, 54-57, 61-ci ayələrinin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram.

54-cü ayə: “Biz: “Bəzi tanrılarımız sənə xətər (bəlaya salmışdır) toxundurmuşdur, (deməkdən) başqa heç bir şey söyləmərik”. Bəzi ilahlarımız sənə xətər toxundurmuşdur, yəni “ağlına zərər gəlmiş, ağlına nə isə təsir etmiş” deyirlər. Bu cür tiplər var ki, bunlar da: “mənim şeyxim sənə xətər yetirər” deyirlər.  O zaman da başqa cür bir anlayış var idi. "(Hud) belə cavab verdi: "Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin (Rəbbinizə) qoşduğunuz şəriklərdən uzağam!" Yəni bəla versə Allah verər. İnsan bəla verə bilməz. İnsanı şirk qoşmaq haramdır.

55-ci ayə: "Bircə Ondan (Allahdan) başqa! İndi hamılıqla mənə qarşı nə hiylə qurursunuzsa, qurun və mənə heç möhlət də verməyin!" Yəni əlinizdən gələni, istədiyinizi edin, istər böhtan atın, istər təhqir edin, oyun oynayın, tələ qurun, nə edirsinizsə edin.

56-cı ayə: "Mən həqiqətən, mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha təvəkkül etdim. (Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Şübhəsiz mənim Rəbbim, düz yoldadır (dümdüz yolda olanı qoruyur.)" Yəni Allahın qoruması altındayam, deyir. Çünki siz bir şey etdikdə, küfr hücum etdiyində onu da Allah yaradacaq. Buna görə də müsəlmanın həyatı zəmanətlidir. Küfr müsəlmana təzyiq etməyə çalışarkən Allah onun alnından tutub saxlayar. Yenə də o bir pislik etməyə çalışarsa Allah yaratmış olur. Yoxsa normal halda küfr dünyanı kəllə-mayallaq edər. Yəni küfr güclüdür və çoxdur. Münafiqlər güclü və çoxdurlar. Yəni normal halda küfrün əlindən dünyada bir nəfər də müsəlman qalmazdı. Amma hər şey Allahın ixtiyarında olduğu üçün heç bir şey edə bilmirlər. Allahın izn verdiyi qədər edə bilirlər. Yoxsa küfr bir gündə bütün müsəlmanları  məhv edər. Çünki münafiqlər çoxdur. Böyük zülm edə bilərlər, amma edə bilmirlər. Niyə? Allahın ixtiyarındadırlar. Hər addımı, hər hərəkəti, hər danışması idarə altındadır. Allahın izn verdiyi qədərini edə bilərlər.

57-ci ayə: "Əgər (imandan) üz çevirsəniz, bilin ki, mən sizə təbliğ etdim". Yəni Quranı təbliğ etdim. "Rəbbim yerinizə başqa bir ümmət gətirər". Siz etmirsinizsə, başqa bir qövm gələr. "Siz (Ona) heç bir zərər yetirə bilməzsiniz". Məsələn, Mehdi (ə.s) camaatına heç bir şəkildə zərər verə bilməzlər, inşaAllah. "Şübhəsiz, mənim Rəbbim, hər şeyi hifz edəndir".

 61-ci ayə: "Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi yerdən (torpaqdan) yaradıb orada sakin etdi. (Allahdan) bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim yaxındır, (duaları) qəbul edəndir!" Allah "mən yaxınam", "duaları qəbul edəndir" deyir.

 

Önerilen