Zuxruf surəsi, 61-66, 68-ci ayələrinin təfsiri

  • 11 yıl önce
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. İsa (ə.s)-la bağlı ayədir.

61-ci ayə: "Şübhəsiz ki, o, (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir. Ona (qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur!". Əbcədi 2026-cı il tarixini verir, maşaAllah.

62-ci ayə: "Şeytan sizi (Allahın yolundan) çıxartmasın. Həqiqətən, o, sizin üçün açıq-aydın bir düşməndir".

“Şeytan”, yəni dəccal, sizi darvinist, materialist etməsin. "Həqiqətən o, sizin üçün açıq-aydın bir düşməndir."

63-cü ayə: "İsa açıq-aşkar möcüzələrlə gəldiyi zaman dedi:" İsa (ə.s) inşaAllah Quran ilə gələcək, "Həqiqətən, mən sizə hikmətlə gəlmişəm, həm də ixtilafda olduğunuz” baxın, təslis inancı, azğınlıqlar “bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!".

64-cü ayə: "Şübhəsiz Allah, O, mənim də Rəbbim, sizin də Rəbbinizdir; belə olan halda Ona qulluq edin. Bu doğru yoldur".

65-ci ayə: "Sonra, içərilərindən bəzi təriqətlər ixtilafa düşdülər. Artıq acı bir günün (qiyamət gününün) əzabından vay o zülm edənlərin halına!". Ayənin ikinci cümləsində qiyamətdən bəhs olunması, hz.İsa (ə.s)-ın axırzamanda gələcəyinə işarə edir. Ayənin məzmunundan aydın olur.

66-cı ayə: "Onlar özləri də bilmədən qəfildən başlarının üstünü alacaq o saatdan (qiyamət saatından) başqasınımı gözləyirlər?!" Onlar heç təxmin etmədikləri tarixlə, yəni Bədiüzzamanın 1545-ci il tarixə lağ edəcəklər. "Haradadır qiyamət, qopsun da bir görək" deyəcəklər, təxmin etməyəcəklər. Çünki Nemesis (meteorit) heç görülməmiş bir şeydir. Allah "Onlar özləri də bilmədən" deyir. Çünki bu meteoritin dünyamıza nə vaxt düşəcəyi müəyyən deyil. Heç şüurunda deyilkən qiyamət başlarının üstünü alacaq, inşaAllah.

68-ci ayə: "Ey qullarım, bu gün sizin üçün qorxu yoxdur və siz qəmgin olmayacaqsınız". Bu da, 2023-cü il tarixini verir, maşaAllah. Tam 2023-cü ili verir, açıb baxa bilərlər, inşaAllah.

Önerilen