Hud surəsi, 109-117 ayələrinin təfsiri

  • 8 yıl önce
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Quranın hansı səhifəsini açsaq da, Allahın, demək olar ki, hər səhifədə dəccal gücləriylə hz. Mehdi (ə.s) güclərinin qarşılıqlı mübarizəsindən bəhs etdiyini görərik. Bax indi, Allah Hud surəsi, 109-cu ayədə: "Artıq Onların nəyə ibadət etdiklərinə şübhə etmə". Məsələn, darvinist- materialist düşüncədə insanların çoxu şübhəyə qapılar; "Görəsən dedikləri həqiqətdirmi, həqiqətən də belə bir elmi dəlil vardırmı?". Bu kimi şeylər barəsində şübhəyə düşərlər. Bax Allah: "şübhə etmə" deyir, əvvəlcədən xəbərdar edir, Allah insanların diqqətini açır. "Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər". Heç bir yeni, orijinal düşüncə olmur. Məsələn, darvinist düşüncəyə baxdığımızda Quranın bu hökmünə görə darvinizmin üç min illik, dörd min illik keçmişi olan bir düşüncə olduğunu dərhal anlayacağıq. Yəni çox qədim vaxtlara qədər gedib çıxdığını anlayacağıq. Yəni hər inancın, hər bütpərəst düşüncənin mütləq qədim bir tarixi vardır. Necə ki, Allah nə deyir?. "Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər". "Heç bir fərq yoxdur" deyir. Allah: "Necə ki, Fironun, Nəmrudun, şumerlərin dövründə və qədim Yunanıstanda da darvinist düşüncə vardırsa, həmin düşüncə indi də var" deyir. "Şübhəsiz ki, Biz onların cəzasını əskiltmədən tam verəcəyik".

Əlbəttə ki, bu məqamda insanların ağlına: "Bunların vəziyyəti necə olacaq? Müsəlmanlarla onların arasındakı fərq nədir?" kimi fikirlər gələ biləcəyindən ötrü, Allah da insanların qəlbinin rahat olması üçün: "Mən onları təsbit edirəm, tam mənasıyla qarşılığını verəcəyəm" deyir. "And olsun, Biz Musaya Kitab verdik, lakin onun barəsində də ixtilaf düşdü". İndi buradakı ifadəyə görə, Tövrat barəsində ixtilafa düşmüşdülər. Onsuz da, bu Allahın açıq-aydın hökmüdür, buna qəti şəkildə inanırıq. "Əgər Rəbbin tərəfindən əzəldən bir söz olmasaydı, aralarında dərhal hökm verilərdi". Allah: "Bir bəla verəcəkdim" deyir. "Həqiqətən, onlar bunun (Quranın) barəsində də şübhə doğuran şəkk içindədirlər". Yəni Allah: "Ola da bilər, olmaya da bilər" deyə şübhə etdiklərini deyir. Halbuki, səmimi gözlə baxdıqda Quranın həqiqət olduğu dərhal aydın olur. Hansı səmimi vicdan sahibi kəs Quranın həqiqət olduğunu rədd edə bilər? Quranda vicdanını sarsıdacaq və narahat edəcək hər hansı tək bir hökm belə yoxdur. Əksinə, Quran həm elmlə uyğundur, həm də bütün müasir elmlərin bildirdiyi həqiqətləri xeyli əvvəldən bildirir. Budur, "məcburiyyət" deyirlər. Ola bilər mi?

Önerilen