Hud surəsi, 32-37, 38, 42-43-cü ayələrinin təfsiri

  • 11 yıl önce
ADNAN OKTAR: "(Nuh) gəmini düzəldir, ümmətinin əyan-əşrafı isə yanından ötüb-keçdikcə onu məsxərəyə qoyurdular. (Nuh) onlara deyirdi: "Əgər (indi) siz bizi məsxərəyə qoyursunuzsa, biz də (Allahın əzabı gəldikdə) sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq". Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!". Burada müsəlmanların hakimiyyəti, dəccaliyyətin yox oluşundan bəhs etmirmi? O dövrün Mehdi (ə.s)-ı hz.Nuh (ə.s) idi. Mehdi (ə.s)-ın tələbələri kimlər idi? Gəmi əhli. O dövrün dəccaliyyəti kimlər idi? Bütün dünya. Hal-hazırda bütün dünyanı dəccaliyyət bürümədimi? Bürüdü. Bir ovuc mehdi qrupu, mehdi birliyi bunlarla (dəccaliyyətlə) mübarizə edirmi, etmirmi? Eynisidir.

 Məsələn, 42-ci ayədə Allah Təala buyurur: "Gəmi onları dağlar kimi (yüksək) dalğaların içi ilə apardığı zaman Nuh (gəmidən) aralı olan oğlunu (Kənanı) haraylayıb dedi: "Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!". Yəni Mehdi camaatına qatıl, küfrün tərəfində, dəccalın tərəfində olma. "(Oğlu) Dedi ki: "Mən bir dağa sığınacağam, o məni sudan qoruyar." Materialist ağılla düşünür, Qurana görə düşünmür. Yəni o dövrün haqq olan kitabına görə düşünmür. "Nuh dedi: Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz! Və ikisinin arasına dalğa girdi, beləcə o da boğulanlardan oldu". Dəccal tərəfdarları boğulurlar, yox olurlar. "Onlar dedilər: "Ey Nuh! Bizimlə çənə-boğaz olub çox mübahisə etdin". Nuh (ə.s) yaradılışı müdafiə edir. Onlar isə təsadüfü müdafiə edirlər. Yaradılış inancı ilə təkamül inancının bir mübarizəsi var. Bax, "bizimlə çənə-boğaz olub çox mübahisə etdin" deyirlər. Elmi mübahisə aparır. "Çox mübahisə etdin" deyirlər. Onun təbliğ etməsindən narahat olurlar. Hal-hazırda bizdən narahat olmaları kimidir. Bizdən də narahat olmurlarmı? "Sənə  işgəncələr edərik. Öldürərik, asarıq, kəsərik" deyirlər. "Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir görək!" Biz də müsəlmanlıq hakim olacaq, küfr yox olacaq deyə vəd etmirik? Vəd edirik. Peyğəmbərimiz (s.ə.v)-in vəhyini nəql edirik. "(Nuh) belə cavab verdi: "Onu istəsə, ancaq Allah sizə gətirər və siz heç vaxt Allahı aciz buraxa  bilməzsiniz". Biz də nə deyirik? Allah Təala diləsə Mehdi (ə.s)-ı, İsa Məsih (ə.s)-ı sizin qarşınıza çıxardacaq, deyirik. Allahı aciz buraxa bilməzsiniz deyirik. "Əgər Allah sizi (haqq yoldan) sapdırmaq (və ya məhv etmək) istəyirsə, mən sizə nəsihət vermək istəsəm də heç bir faydası olmaz". Darvinistlərə, materialistlərə izah edirik, Allah haqq yoldan azmaqlarını diləmişdir, buna görə də adamlar dinləmir, elə deyilmi? "O sizin Rəbbinizdir və Onun hüzuruna qaytarılacaqsınız"."Bunu özü uydurdu" deyirlər. Adamlarda bizə "özü uydurur" deyirlər. Təkamüllə əlaqədar şərhlərimizdir. Yaradılışı izah edirik, "uydurur" deyirlər. "De ki: "Əgər mən onu özümdən uydururamsa, günahı mənim boynumadır. Mən isə sizin törətdiyiniz günahlardan uzağam!"."Nuha belə vəhy olundu: "Əvvəlcə iman gətirənlərdən başqa, tayfandan daha heç kəs iman gətirməyəcək. Onların etdikləri əməllərə görə kədərlənmə!". Mehdi (ə.s) dövründə də yalnız mehdi camaatı Mehdi (ə.s)-a tabe olacaq. Ayədə Allah nə deyir? "İman gətirənlərədən başqa heç kimə iman gətirməyəcək". Müəyyən kəslərin inanacağı bildirilir. "Onların etdikləri əməllərə görə kədərlənmə". Kədərlənmək haramdır. "Nəzarətimiz altında və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt, zülm edənlər barəsində mənə müraciət etmə (onların bağışlanmalarını Məndən xahiş etmə). Çünki onlar suda boğulacaqlar!" Mehdi (ə.s)-ın gəmisinə, mehdiyyət gəmisinə minənlər xilas olacaqlar. Dəccalın tərəfdarları da axırzamanda boğulacaqlar, mənəvi cəhətdən boğulacaqlar. Axırzamanın Nuh (ə.s)-ı kimdir? Mehdi (ə.s)-dır, inşaAllah. Onun üçün deyir: "qarda sürünərək də olsa, onun yanına gəlin (onun gəmisinə gəlin, onun birliyinə gəlin. Hal-hazırda Türkiyə Nuhun gəmisi kimidir. Bütün dünyanı qurtaracaq gəmidir. Həqiqətən görünüşü də gəmi kimidir. Ətrafı dənizlərlə doludur. Ortada bir gəmi kimidir, inşaAllah.

 

Önerilen