Zumər surəsi, 61-67-ci ayələrinin təfsiri

  • 9 yıl önce
Hörmətli Adnan Oktarın 20 iyul 2013-cü ildəki söhbətindən Zumər surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram: “Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər. (Zumər surəsi, 61)”-deyir Allah. Bu möcüzəvi bir ayədir. "Müttəqilərə (təqva sahiblərinə)"- yəni çox səmimi, xalis iman edib Qurana bütünlüklə tabe olanları- "uğurlarına görə xilas edəcək." –deyir Allah. Allah dünyada, mütləq zəfər verəcəyini bildirir və zəfərin nəticəsi də, xilas olmaqdır. Ayənin ardından yenə də çox mühüm bir möcüzəvi ayə gəlir: "Onlara pislik toxunmayacaq"-deyir Allah. Yəni, pislikdən uzaq olarlar. Allah, onları xüsusi ilə pislikdən qoruyur. "Onlar kədərlənməyəcəklər." Yəni, mömin xüsusiyyətidir, mömin kədərlənməz. Görün Allah nə deyir: "Onlar kədərlənməyəcəklər." Hüzn onlara toxunmur. "Allah hər şeyin Xaliqidir (yaradıcısıdır)." Nələrin yaradıcısıdır?

Önerilen