Kəhf surəsi, 59-61-ci ayələrin təfsiri

  • 11 yıl önce
Adnan Oktar: Kəhf surəsinin başlanğıcına gəlirəm. İndi Kəhf surəsində hz. Xızır (ə.s) qissəsinə gəlirik. Əvvəl kəhf əhlindən bəhs edir. 59-cu ayə. Burada hadisə izah edilir. Çox açıq, dəqiq. Şeytandan Allaha sığınıram. "Budur zülm etdikləri zaman məhv etdiyimiz ölkələr". İran, İraq, Suriya, Livan, hamısını sayarıq. "Budur zülm etdikləri zaman məhv etdiyimiz ölkələr" -deyir Allah. Göstərir. Bir sözlə ölkələr var. Ölkələr "zülm etdikləri zaman" zülm nədir? Allahın sisteminə müqavimət göstərdikləri zaman, hz. Mehdi (ə.s)-ın çıxışına müqavimət göstərdikləri zaman, hz. İsa Məsihə müqavimət göstərdikləri zaman, Quran əxlaqına, İslam Birliyinə  müqavimət göstərdikləri zaman bu zülmdür. İslam Birliyinə  müqavimət göstərirsə, Mehdiyyətə, hz. İsa (ə.s)-a müqavimət göstərirsə, bu zülmdür. "Məhv etdiyimiz ölkələr" dağıtdıq. Baxın Kəhf surəsinin başlanğıcıdır bu. 60-cı ayədə  Xızır (ə.s) qissəsinə keçilir. 59-cu ayədə hz. Xızır (ə.s)- ın sistemi izah edilir, üsulu izah edilir, 60-da birbaşa mövzuya keçilir. "Biz onları məhv etmək üçün" yəni, o ölkələrin yıxılması üçün "vaxt müəyyən etmişdik". Hz. Xızır (ə.s), hz. İsa Məsihin və yaxud o dövrün vəzifəlilərinin, qırxların, kimsə, hz. Xızır (ə.s)- ın tələbələrinin görüşmə zamanını təsbit etdik. Cənabı Allah indi nə edir? 60-cı ayəyə keçir. "Bir zaman Musa gənc köməkçisinə belə demişdi: "Mən iki dənizin qovuşduğu yerə çatana qədər"" iki dənizin birləşdiyi yer haradır? İstanbul "yaxud uzun illər sərf edənə qədər səfərimə davam edəcəyəm". Müxtəlif zaman ölçülərində gəzəcəyəm. Uzun zamanlar, müxtəlif zaman ölçüləri. 61: "Hər ikisi o dənizlərin qovuşduğu yerə gəlib çatdıqda" ikisi "özləri ilə götürdükləri balığı unutdular". Balıq dövrü bitir. "Balıq isə dənizdə suyun altı ilə yol alıb getdi". Bunu çox daha irəlidə söyləyəcəyik. Bu ayənin nə mənanı verdiyini inşaAllah. Bir təfsir istiqamətini açıqlayacağıq inşaAllah. Amma baxın ölkələrin dağılması üçün əvvəl bir görüşmə və yığıncaq edilir. Yığıncaqda dağılma qərarı alınır, ondan sonra dağılır amma nə etdikləri vaxt? Zülm etdikləri vaxt. İslam Birliyinə müqavimət göstərmək, Quran əxlaqına müqavimət göstərmək, Mehdiyyətə müqavimət göstərmək, hz. İsa (ə.s)-a müqavimət göstərmək, müxalif çıxmaq. Allah dağıdacağam deyir. Əbcədləri də təbii ki, mənalıdır. Baxacağıq sonra, inşaAllah.

 

Category

🗞
Haberler

Önerilen