Kəhf surəsi, 25, 31-ci ayələrin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Kəhf surəsi çox mənalıdır. Məsələn, bax, Harun Yəhyada əbcəd 300 çıxır. Şeytandan Allaha sığınıram. Allah Kəhf surəsi, 25-ci ayədə buyurur: "Onlar mağaralarında üç yüz il qaldılar" deyir. "Sonra üstünə doqquz il də artırdılar". A9-un da hikməti buradan meydana çıxır, inşaAllah. İkisi birləşdiyində 309 edir. Hz.İsa (ə.s) ilə 310, hz.Xızır (ə.s) ilə 311, hz. Mehdi (ə.s) ilə 312 edir. Hz.Cəbrayıl (ə.s) hz.Mehdi (ə.s)-a davamlı olaraq kömək edir. Həmişə yanındadır. Cəmi 313 nəfər edirlər, inşaAllah. Ayələrdəki uyğunluqlar həmişə maraqlıdır. İnsanların düşünməsi üçün Allah tərəfindən yaradılır. Qədərin qavranması baxımından hikmətlidir. Bir çox işarəsi, mənası var, maşaAllah.

 Şeytandan Allaha sığınıram, Kəhf surəsi, 31-ci ayədə Allah buyurur: " Onları (ağacları) altından çaylar axan Ədn cənnətləri gözləyir. Onlar orada taxtlara söykənərək qızıl bilərziklərlə bəzənəcək". İnsanda  qızıl bilərziyə qarşı bir təsirlənmə gücü var. İnsan qadının qolunda qızıl bilərzik gördüyündə təsirlənir, xoşuna gəlir. Qızıl, metal bilərzik şəklindədir. Allah bunları bizə sevdirib. "Nazik və qalın ipəkdən  yaşıl paltarlar geyinəcəklər". Həqiqətən, ən gözəl rəng yaşıldır. İnsanın ruhuna ən çox təsir edən rəngdir. Cənnətdə də yaşıl hakimiyyəti var. İpək  parça insanların xoşuna gələn parça növüdür. Allah ipəyə diqqət çəkib. "Onlar orada taxtlara söykənərək qızıl bilərziklərlə bəzənəcək (altun qolbaqlar taxacaq), nazik və qalın ipəkdən (taftadan və qumaşdan) yaşıl paltarlar geyəcəklər". Gözəl işləməli, bəzəkli kreslolar insanın xoşuna gəlir. "O, nə gözəl mükafat, o (Cənnət) necə də gözəl məkandır!".