Kəhf surəsi, 46, 54-cü ayələrin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Təala Kəhf surəsi, 54-cü ayədə buyurur: "Biz bu Quranda insanlar üçün hər məsəldən çəkdik". Xurafatçılar (haqq dəlilləri inkar edənlər) nə deyirlər? "Xeyr, Quranda hər şey yoxdur" deyirlər. Allah Təala: "hamısı var" deyir. Biz Allahın dediyinə inanırıq. Xurafatçıların dediyinə inanmırıq. "İnsan isə (bütün məxluqat içərisində) ən çox mübahisə edəndir". Mübahisə edən olmaq xurafatçıların ana xüsusiyyətidir. İnternetdə, orada-burada, qəzetlərdə, televiziyalarda mübahisə edərlər. Fitnə, demaqoqluq, qarışıqlıq, münafiq və xurafatçıların xüsusiyyətidir. Müsəlmana münaqişə etmək yaraşmaz.

Kəhf Surəsi, 46-cı ayədə Allah Təala buyurur: "Mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir". Münafiq nə ilə öyünər? Malı ilə, uşağı ilə, diplomu ilə, işi ilə, o da olmasa əti ilə, sümüyü ilə öyünər. Müsəlman nə ilə öyünər? Xidməti ilə, təbliği ilə, küfrə qarşı təsiri ilə, ağıllı işləri ilə, şəfqəti ilə, mərhəməti ilə və islamı dünyaya yayması ilə, İslam Birliyi üçün etdiyi xidmətlə öyünər, inşaAllah.