Furqan surəsi, 52-53-cü ayələrin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 22 Avqust, 2013-cü il tarixli söhbətindən Furqan surəsi ilə bağlı izahlar.

ADNAN OKTAR: "Elə isə kafirlərə itaət etmə." Yəni küfrə, kafirlərə itaət etmə. "onlara qarşı bununla (bu Quranla) böyük bir cihad et!" Əbcədi; 1979-cu il tarixini, hz. Mehdi (ə.s)-ın çıxış tarixini verir. Baxın, "elə isə küfrə" tüğyana, dəlalətə, islam əleyhdarı olan heç bir hərəkətə itaət etmə. Onlar kimi davranma. Onların anlayışı kimi bir fikrə düşmə. Məsələn, darvinist-materialist olma. Allahı inkar edən bir sistem içərisində olma, Quran əxlaqına əməl et. "Onlara qarşı bununla (bu Quranla) böyük bir cihad et!" Allah: "Böyük bir cihad", yəni "hər hansı bir mübarizə deyil, dünya səviyyəsində, böyük bir cihad et" deyir. Furqan surəsi, 52-ci ayə, 1979-cu il tarixini verir. 53-cü ayədə də Allah: "İki dənizi qovuşduran, aralarında (bir-birinə qarışmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur!" deyir. İki dənizi bir-birinə qovuşduran. Allah hadisə yerini də söyləyir İstanbul. İstanbul iki dənizin bir-birinə qovuşduğu yerdir.