Nəhl surəsi, 121, 125, 127, 128-ci ayələrin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 7 Avqust, 2013-cü il tarixli söhbətindən Nəhl surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Nəhl surəsi, 121-ci ayədə Allah hz. İbrahim (ə.s) üçün buyurur; "O, (Allahın) nemətlərinə şükür edən idi." Əlhəmdülillah. Mömin həmişə neməti görüb, həmişə şükr edər. Məsələn, xromosomların quruluşuna baxır "əlhəmdülillah" deyir, qələmi görür "əlhəmdülillah" deyir, avtomobili görür "əlhəmdülillah" deyir, həmişə sevinc içində olur, yəni onları fövqəladə, sadə, sıravi bir şey görmür. "(Allah da) onu seçmiş və düz yola yönəltmişdi." Əbcədi; 2002-ci il tarixini verir. Bilirsiniz ki, hz. Mehdi (ə.s) hz. İbrahim (ə.s)-ın nəslindəndir.  "İnsanları Rəbbinin yoluna hikmətlə" Yəni düşünərək, qısa və köklü, yığcam danışmaq. Boş-boş, uzun uzadı söhbətlər, səmimiyyətsiz söhbətlər yox, bunlar olmaz. Peyğəmbərimiz (s.ə.v) Allahdan qorxaraq, ağıllı, düz və səmimi olaraq izah edirdi. "Və ən gözəl öyüd-nəsihət ilə dəvət et", yəni narahat edici, təcavüzkar deyil, gözəl öyüd. Gözəl öyüd nə deməkdir? Eşidənin xoşuna gələcəyi tərzdə bir öyüd-nəsihət ilə "hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mücadilə et." Baş-göz yararaq, alçaldaraq, iztirab verərək deyil. "Ən gözəl şəkildə mücadilə et." "Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!" "Səbir et. Sənin səbir etməyin yalnız Allahın köməyilədir. Onlardan (müşriklərdən) ötrü kədərlənmə" Kədər insanı əldən salar. Müsəlman kədərlənməməlidir. Amma çoxları hönkür-hönkür ağlayır. Allah: "kədərlənmə" deyir, "və qurduqları hiylələrə görə də ürəyini sıxma!" İnsanlar hiyləli nizam qurulduqda, əxlaqsızlıq, tərslik, nalayiqlik gördükləri zaman ürəklərini qısar, pis vəziyyətə düşərlər. Hətta ürəyi ağrıyar. "Ürəyim ağrıyır" deyər, yaxud köks ötürər, narahat olar. Hiyləli nizam nədir? Biri əxlaqsızlıq edirsə, bu hiyləli nizamdır. Bir taktika tətbiq edirsə, adamlıq dini tərzində nalayiq bir şey edirsə, bu da bir hiyləli nizamdır. Aldatmağa çalışırsa, yalan danışırsa, hiyləli nizamdır. Müsəlman bunlardan  narahat olar, ürəyi sıxılar. Amma Allah: "ürəyini sıxma" deyir, bunu haram edib. İnsanlar belə şeylərdə çətinliyi, ürəklərini sıxmağı özünə haqq bilir. Amma Allah haram edib. Etməmək lazımdır. "Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir!" Allahdan qorxan insan, çox keyfiyyətli olar. Allahdan qorxmayan insan çoxdur. İnanır, amma qorxmur. Belələrinə rast gəlirəm. Qorxmur. Danışığından aydın olur. Qorxanda, Allaha qarşı çox ciddi bir hörmət olur. Üslubunda çox ciddi bir hörmət olur. Qorxmayan lağ edir. Dinlə, axirətlə, cənnətlə, mələklərlə lağ edir. Məsələn, alimdir, amma lağ və hörmətsiz bir üslubla danışığından Allahdan qorxmadığı aydın olur. İman əhli isə Allahdan qorxub çəkinir. Yəni halala, harama diqqət yetirir, Qurana uyğun əxlaqda olur. "və yaxşı işlər görənlərlədir!" Hər kəsə yaxşılıq etmək, müsəlmanın əsas xüsusiyyəti olmalıdır.