Yusif surəsi, 1-8-ci ayələrin təfsiri

  • 9 yıl önce
Hörmətli Adnan Oktarın 10 oktyabr 2011-ci il tarixli reportajından Yusif surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Allah, hz. Yusifin şanlı-şöhrətli gözəl həyatına dair bir surə ayırmışdır. Yusif surəsi. Rəhman və Rəhim olan Allahın adıyla, şeytandan Allaha sığınıram. "Əlif. Ləm. Ra." Kim bilir nə izah edilir burada, "Əlif. Ləm. Ra." görəsən vəzifəli mələklərinmi adlarıdır? "Bu, açıq-aydın Kitabın ayələridir." Deməli, üstüörtülü (başa düşülməyən) deyil, Quran ayələri açıq-aydındır. "Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz." Deməli, ağlımızı işlətməliyik, düşünməliyik, dərin düşünməliyik inşaAllah. "Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayəni" bax, ən gözəl hekayəni "danışırıq" deyir Allah. Yəni, “nağıl deyil, həqiqətdir, həqiqətən olmuş hadisələri xəbər veririk” deyir Allah. "Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin