Qasas surəsi,23-26-cı ayələrin təfsiri

  • 11 yıl önce
Adnan Oktar: Cənabı Allah "O, Mədyən sularına gəlib çatanda" -deyir, 28-ci surə, 23-cü ayə: "quyunun başında heyvanlarına su verən adamlar gördü". Qadın, kişi. "Onların yaxınlığında da qoyunlarını o biri heyvanlardan geri çəkən iki qız gördü". Xurafatçılar olsa hər halda qaçacaqlar. Hz. Musa (ə.s) yanlarına gedir. ""Sizə nə olub?" - dedi". Xurafatçı nə edər? Qaçar. Hz. Musa nə edir? Yanlarına gedir. Nə deyir? "Bu halınız nədir?" Kömək etmək istəyir. "Onlar dedilər: "Çobanlar heyvanlarını sürüb aparmamış biz qoyunlarımıza su verə bilmirik"". Çünki çobanların əxlaqsızlıq etmələrindən çəkinirlər. Yanlarına getmirlər. Hz. Musa (ə.s)- dan təhlükə gəlməyəcəyini və namərd insan olmadığını hiss edirlər. Nə deyir? "Onlar dedilər: "Çobanlar heyvanlarını sürüb aparmamış biz qoyunlarımıza su verə bilmirik. Atamız da çox qocadır. Musa onların yerinə qoyunlara su verdi, sonra da kölgəyə çəkilib dedi: "Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyirə ehtiyacım var!"" Xeyir istəyir. "Bir qədər sonra qızlardan biri utana-utana onun yanına gəlib". Xurafatçıların düşüncəsinə görə Peyğəmbər xanımı da, Peyğəmbərin qızı da harama girmiş olur. O da onun yanına gəlir. Hz. Musa (ə.s)- ın yanına gedir, o da onun yanına gəlir. "Dedi: "Atam bizim yerimizə qoyunları sulamağının haqqını ödəməkdən ötrü səni çağırır". Bax danışmışlar, atalarına tərifləmişlər. "Musa onun yanına gəlib başına gələn əhvalatı ona danışdıqda o dedi: "Qorxma! Sən zalım adamların əlindən xilas olmusan!"" Atalarına deyirlər ki: "atacan, o, çox güclü və etibarlı biridir". Görmədən, danışmadan güclü və etibarlı olduğunu haradan bilsinlər? Xurafatçılara görə onlar haram iş görüblər. Hz. Musa (ə.s) da haram iş görüb. Hz. Yusuf (ə.s) da haram iş görüb. Peyğəmbərimiz (s.ə.v) də haram iş görüb, onların düşüncəsinə görə haşa. Xeyr, səhvəmsə, Quran ayələri səhvsə mənə söyləsinlər. Ayə söyləyirəm. Səs çıxara bilmirlər. Xurafatçılar mənə bütlərdən xəbər gətirirlər. Mənə bütlərdən xəbər gətirməyin. Mənə Qurandan məlumat gətirin. Qurandan dəlil verirsənmi? Yox. Dayanmadan bütdən dəlil. De ki, mənə: "bu oxuduğun ayələr səhvdir". Doğrudur. Səhv deyə bilmirsən.