Qasas surəsi,32,34,35-ci ayələrin təfsiri

  • 11 yıl önce
Adnan Oktar: Qasas surəsində, Şeytandan Allaha sığınıram. "32: Əlini qoynuna sal ki, əlin oradan qüsursuz, ağappaq çıxsın. Qorxu keçib getsin deyə əlini özünə sıx". Bu sirrli bir izahdı. "Bu, Firona və onun əyanlarına qarşı sənin Rəbbindən olan iki tutarlı dəlildir. Həqiqətən, onlar fasiq adamlardır".

34: "Qardaşım Harun dildə məndən daha bəlağətlidir. Onu da, dediklərimi təsdiqləyən bir köməkçi kimi mənimlə birlikdə göndər". Hz. İsa (ə.s.)- a köməkçi olaraq, hz. Mehdi (ə.s.)- a da işarə edir bu ayə, inşaAllah. Hz. Mehdi (ə.s.)- a da, hz. İsa Məsih (ə.s.) köməkçi olacaq bilirsiniz. "Onu da, dediklərimi təsdiqləyən bir köməkçi kimi mənimlə birlikdə göndər Mən, həqiqətən də, onların məni yalançı sayacaqlarından qorxuram". Cənabı Allah şahidin əhəmiyyətinə də diqqət çəkmiş olur.

35: "Allah dedi: "Biz səni qardaşınla qüvvətləndirəcək, ikinizə də dəlil verəcəyik. Onlar sizə heç bir pislik toxundura bilməyəcəklər"". Deməli, baxın Mehdiyyətdəki güc haradan gəlir? Cənabı Allahdan. Hz. İsa Məsihə də, Hz. Mehdi (ə.s.)- a da gücü verən Allahdır, inşaAllah. Baxın "ikinizə də dəlil verəcəyik. Onlar sizə heç bir pislik toxundura bilməyəcəklər". Nə hz. Mehdi (ə.s.) məğlub olar, nə də hz. İsa Məsih (ə.s.) məğlub olar. Ona işarə edir ayə, inşaAllah. "Möcüzələrimiz sayəsində siz və sizə tabe olanlar mütləq qalib gələcəksiniz". Hz. Mehdi (ə.s.) camaatı və hz. Mehdi (ə.s.)- a tabe olanlar qalib olacaqlar, inşaAllah.

Önerilen