Qasas surəsi, 23-24-cü ayələrin təfsiri

  • 11 yıl önce
Adnan Oktar: Şeytandan Allaha sığınaram. "Hz. Musa Mədyən sularına gəlib çatanda quyunun başında heyvanlarına su verən adamlar gördü. Onların yaxınlığında da qoyunlarını o biri heyvanlardan geri çəkən iki qız görüb: "Sizə nə olub?" - dedi". Bax danışır qadınlarla, yanına gedir və danışır. Bəs qadınlarla danışılmazdı? Bax danışır, Peyğəmbər danışır. "Onlar dedilər: " qadınlar deyir: "Çobanlar heyvanlarını sürüb aparmamış biz qoyunlarımıza su verə bilmirik". Bax onlar mərifətsiz olduqları üçün onlara yaxınlaşmırlar amma Hz. Musa (ə.s) təmiz, əfəndi insan olduğu üçün ona yaxınlaşırlar. Demək ki, insanın keyfiyyətinə, etibarlılığına görə hərəkət edilir. ""Atamız da çox qocadır". Musa onların yerinə qoyunlara su verdi, sonra da kölgəyə çəkilib dedi: "Ey Rəbbim! Sənin mənə nazil edəcəyin hər xeyirə ehtiyacım var!"" Xeyirli iş üçün gəldik deyərlər axı, maşaAllah, maşaAllah. Allahualəm "Ey Rəbbim mənə bir nikah nəsib et" demək kimi bir dua yəni, inşaAllah. Eyni zamanda o xeyirlərdən birinin də mənası o, inşaAllah. Allahualəm ona da işarə edir və yaxud ayənin davamından onu anlayırıq, inşaAllah. Orada bəlkə onu nəzərdə tutmamışdır amma hər xeyir deyərkən,  nikahda da xeyir var, inşaAllah.