Zəlzələ surəsi, 1-8-ci ayələrin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Bu ahəngə, bu gözəlliyə bax, Allah Allah! Allah Allah! maşaAllah. Nə qədər də möhtəşəmdir, maşaAllah. Milyon dəfə oxusa da insan doymur, maşaAllah, nə gözəl. Rəhman Rəhim olan Allahın adı ilə, şeytandan Allaha sığınıram, "Yer titrəyib lərzəyə gələcəyi zaman; Yer öz ağırlığını (yükünü) bayıra atacağı...". “Ağırlığını (yükünü)” nədir? Maqmadır. Dəmir də ağırdır və ağır olduğu üçün dünyanın nüvəsi ərimiş dəmirdən yaranır. Maqma su kimi ərimiş mayedir. Ayəyə diqqət yetirin "Yer öz ağırlığını (yükünü)bayıra atacağı zaman..." ərimiş dəmir, nüvə dəmirdən meydana gəlir. "İnsan (təəccüblə): "Buna (bu yerə) nə olub?" deyəcəyi zaman. Həmin gün yer öz əhvalatlarını danışacaqdır. Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)! O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)."  Axırzamana, xüsusilə də, zəlzələyə işarə edən 99 surə vardır. İstanbulda olan zəlzələyə, mehdiyyət dövründəki zəlzələyə işarə edir. 1999-cu ildə olan zəlzələyə də işarə edir, inşaAllah. Çünki əbcədi 1999-cu il tarixini verir. Yəni axırzamana işarə etməsi cəhətdən çox mənalıdır. Həm əbcədi 1999-cu ili verir, həm də 99-cu surədir, yəni axırzamana baxmasına görə. "İnsan (təəccüblə): "Buna (bu yerə) nə olub?" deyəcəyi zaman...". Yəni zəlzələ olduğunda insanlar "nə olur?" deyərlər, ilk deyilən şey budur, hər kəs bilir. Yəni zəlzələ olduğu dərhal aydın olmaz, anlaya bilməzlər. "İnsan (təəccüblə): "Buna (bu yerə) nə olub?"  deyəcəyi zaman. Həmin gün yer öz əhvalatlarını danışacaqdır". Televiziyalarda, radiolarda zəlzələ xəbərləri hər yerdə eşidilir, xəbər verilir. "Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)! O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar!". Zəlzələ olanda hər kəs evindən dərhal çölə çıxır, elə deyilmi? "Artıq kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır)".

8-ci ayə: "Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir". 7 və 8-ci ayədə eyni söz təkrarlanır. 7 və 8 rəqəmi zəlzələnin dərəcəsinə işarə edir, inşaAllah. Daha çox işarələr var, lakin mən hələlik bu qədəri ilə kifayətlənirəm.