Yunus surəsi 43-45-ci ayələrin təfsiri

  • 11 yıl önce
ADNAN OKTAR: Bismillah, Qurandan səhifə açım yenə. Yunus surəsi, şeytandan Allaha sığınıram, 43-cü ayə. "Onlardan sənə baxanlar vardır. Məgər korları -əgər görmürlərsə- sənmi doğru yola yönəldəcəksən ?" Baxın, sənə baxarlar, deyir amma onlar kordur, deyir Allah. Üstəlik bəsirətləri də yoxdur. "Sənmi doğru yola yönəldəcəksən? Həqiqətən, Allah insanlara əsla zülm etməz." Heç bir şəkildə Allah zülm etməz, deyir. "Lakin insanlar öz nəfslərinə zülm edirlər." Gedir dinsiz olur, ateist olur, vəsvəsələr, şübhələrlə özünü məhv edir. Özünü ağrıların , əzabların içərisində qovurur sanki, yox edir. Hətta deyərlər; insanın öz düşməni belə özü qədər insana zülm etməz. İnsan ən çox özü özünə zülm edər. "Sanki dünyada və qəbirdə gündüzün ancaq  bir saatını qalmışlar kimi," 45-ci ayə, nə ağılına gəlir.

ALTUĞ BERKER: 1545, inşaAllah.

ADNAN OKTAR: 1545. " Allah onları bir yerə toplayacağı gün, sanki dünyada və qəbirdə gündüzün ancaq  bir saatını qalmışlar kimi,bir-birilərini tanıyacaqlar.Allahla qarşılaşacaqlarınıyalan sayanlar mütləq ziyana uğrayacaqdır . Onlar doğru yola yönələn deyillər. " Allah onlara Hadi adıyla təcəlli etməmişdir.